Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3022/2022 13.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cİ ildə Ağsu rayonu, Rəhimli kəndində rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağsu rayonu, Rəhimli Ərazi Dairəsi, Rəhimli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Suraxanı rayon Polis şöbəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri,Suraxanı rayonu, Binə qəsəbəsi südçülük sovxozu nömrəsiz evdə yaşayan X5 xx.xx.2022-ci il tarixdə ərizə ilə Suraxanı RPİ-nin 30-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadıqları evdə olan zaman qardaşı X6 və onun arvadı Şəxs qəflətən evə daxil olmuşlar. Həmin zaman qardaşı İsgəndər Əliyev nəvəsi X7 itələyərək yerə yıxmış, arvadı Şəxs isə onu itələyərək yerə yıxıb saçını yolmuş və həmin zaman dırnağı orta barmağını kəsdiyi üçün xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-İn 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə X2 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini qəbul etmədiyini bildirmiş, inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs bu işlə bağlı olaraq heç bir günahının olmadığını bildirdi. Azərbaycan Respublikası İXM-in 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək mbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin izahatı əsasında barəsində inzibati icraat aparılan şəxs tərəfindən inzibati xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyinə görə inzibati xəta törətmiş şəxs X4 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3022/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3022/2022
13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver