Məhkəmə qərarları › İş №3(010)-304/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-304/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-304/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7, X1nın iştirakı ilə xx xxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X7 xx xxxxxx 2021-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxxx 2019-cu ildə verilmiş xx xxxx 2019-cu il tarixli 2(010)-3674/2019 nömrəli icra sənədinə əsasən, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(010)-10799/2017 saylı qətnaməsi ilə borclu Şəxs xx xxxx 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində tələbkar X4 xeyrinə tutulan alimentin miqdarı artırılmış, borclu Şəxs xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X4 xeyrinə hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq bu barədə tərəflərə məlumat verilmişdir. Borclu Şəxs xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət olunmuş, qərar və tələbin könüllü icrası haqqında bildirişin surətləri ona şəxsən təqdim edilməklə tələbi könüllü olaraq təmin etməsi üçün qanunla müəyyən edilmiş qaydada vaxt verilmişdir. İcra sənədinin icrası borclu tərəfindən könüllü icra müddətində təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclu Şəxs adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu xx.xx.2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və ona icra sənədinin icrasını təmin etməyəcəyi halda inzibati məsuliyyətə cəlb olunacağı barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Bundan sonra borclu tərəfindən icra sənədinin icrası təmin edilməmiş və o, xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət olunaraq izahatı alınmışdır. Borcluya izahatında tələbi təmin etməsi üçün ona sonuncu dəfə xx.xx.2021-ci il tarixə qədər vaxt verilmişdir. Borclu Şəxs xx.xx.2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş və izahatı alınmışdır. Borclu izahatında daimi iş yeri olmadığından aliment ödəyə bilməyəcəyini bildirmişdir. İcraat dövründə borclu Şəxs tərəfindən icra sənədi üzrə heç bir ödəniş edilməmiş və nəticədə xx.xx.2021-ci il tarixə qədər 2720 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini ödəmədiyini işləməməsi və maddi imkansızlığı ilə izah etmişdir. X1 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, əslində Şəxs alimenti ödəmək üçün kifayət qədər maddi imkana malikdir. Ödəmə etməməsi isə məhkəmə qərarının icrasından yayınmaq məqsədi güdür. Ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə qənaətə gələrkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu günədək aliment borcundan ümumiyyətlə heç bir, hətta kiçik məbləğlərlə belə ödəniş etmədiyini nəzərə alır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli xx xxxxxx 2021-ci il tarixindən saat 14.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar