Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-304/2022 10.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı məhkəməyə. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan QAZ A21R32-1070” yük markalı 90JS039 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş şəxs 24 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC həmin vaxt avtomobili idarə etmiş şəxs barəsində zəruri olan məlumatları müvafiq sorğunu aldığı vaxtdan 5 gün müddətində təqdim etmədiyinə görə barəsində Suraxanı Rayon DYPŞ tərəfindən 27 yanvar 2022-ci ildə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, rəhbərlik etdiyi MMC-nin hüquqi ünvanına həqiqətən də Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nin müvafiq məzmunlu məktubu daxil olmuş, lakin MMC-nin həmin ünvanda məktubu qəbul etmiş əməkdaşı Əli Həbibzadə bu məktubu ona (direktora) və ümumiyyətlə Şəxs MMC-yə təqdim etməmişdir. Hadisə vaxtı avtomobili idarə etmiş şəxs barəsində məlumatın DYPŞ-nə göndərilməməsinin səbəbi də budur. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X1 dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Suraxanı Rayon Polis İdarəsinin DYPŞ üzərinə düşən vəzifəni icra etmiş, yəni “QAZ A21R32-1070” yük markalı 90JS039 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 24 oktyabr 2021-ci ildə Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində məlumat əldə etmək məqsədilə avtomobilin mülkiyyətçisi Şəxs MMC-nin hüquqi ünvanına məktub göndərmişdir. Həmin məktubun ünvanda qəbul edilməsi faktı iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsi, həmçinin MMC-nin direktorunun etirafı ilə təsdiq olunur. Beləliklə, məktub Şəxs MMC-yə poçt vasitəsilə çatdırılmış, lakin MMC qanunla müəyyən edilmiş 5 gün ərzində zəruri məlumatı Suraxanı Rayon Polis İdarəsinin DYPŞ-nə verməmişdir. Məhkəmə hesab edir ki, MMC-nin məktubu qəbul etmiş işçisinin onu direktora çatdırmaması halı mövcud olmuşsa da belə, bu hal Şəxs MMC-nin məsuliyyətini istisna etmir. Beləliklə, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-304/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-304/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver