Məhkəmə qərarları › İş №3(010)-3043/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3043/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3043/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, X5 iclas katibliyi Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXM-nin) 327.8-ci və 327.6-cı maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X14 Şöbəsinin yol nəqliyyat hadisəsi üzrə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, lakin inzibati xəta materialını məhkəməyə göndərmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən Şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olaraq tərtib edildiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O bildirmişdir ki, 3-4 aydır “Toyota Prius” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir və taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 06 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi həmin avtomobil ilə Hövsan qəsəbəsindən Zığ qəsəbəsi istiqamətinə saatda təxminən 20 km sürətlə hərəkət etdiyi zaman anidən yolu soldan sağa iti yerişlə keçən bir qadın onun avtomobilinin ön hissəsinə çırpılmışdır. O, dərhal avtomobili dayandırmış və həmin qadına kömək etmək məqsədilə onu öz avtomobilinə əyləşdirmiş və onun yaşadığı evinə aparmışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Hadisə zamanı onun avtomobili texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, avtomobildə sərnişin olmamışdır. Həmin vaxt hava qaranlıq, yol isə asfalt örtüklü və yaş olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 107 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı Suad Həmzəyevin təqdim etdiyi qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 06 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində X6 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır. X2 heç bir əsas gətirməyərək izahat verməkdən və tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Odur ki, X4 tibbi ekspertizadan keçirilməsi sonuncuya dair müayinə olunduğu xəstəxanadan əldə olunmuş tibbi sənədlər əsasında məqsədə müvafiqdir. Vətəndaş A.İ.Əmiraslanova tibbi yardım üçün müraciət edərkən aşkar edilmiş xəsarətlər - sol diz oynağının və bud-çanaq oynağının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri tibbi yardım üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd olunması, qərarın sürəti iş üzrə maraqlı tərəflərə göndərilməsi, toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi, qərarın sürəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi və toplanmış material qanunla nəzərdə tutulan müddətdə saxlanılması üçün Suraxanı RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X12 tərəfindən verilmiş 77 saylı xx.xx.2022-ci il tarixli məktuba əsasən, vətəndaş Əmiraslaova Azadə ilqar qızı, 1997-ci il təvəllüdlü, xx.xx.2022-ci il tarixdə 325 sıra sayı ilə institutun ambulator kitabında qeydə alınmışdır. Xəstə kliniki-rentgenoloji müayinə edilmiş və növbətçi həkimlər Dostuyev X. Və Məmmədov K. tərəfindən sol diz oynağının və budçanaq oynağının əzilməsi diaqnozu təyin olunmuşdur. Xəstənin dediyinə görə Hövsanda işlətdiyi market yanında yıxılıb. İş materiallarında olan məhkəmənin sorğusu əsasında məhkəməyə göndərilmiş 13 saylı Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş rentgen-müayinə kabinetinə əsasən, X3 diz oynağının və bud-çanaq oynağında travmatik-distruktiv dəyişiklik qeyd edilməmişdir. İş materiallarında olan X6 tərəfindən notarial qaydada təsdiq edilmiş 10 yanvar 2022-ci il tarixli ərizəyə əsasən, Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş materialarını nəzərdən keçirib barəsində protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək hesab edir ki, aşağıdakılara görə iş üzrə icraata xitam verilməlidir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Məhkəmə iş materiallarında olan xəstənin xəsarəti barədə sorğuya cavab və məhkəmə-tibbi ekspertizasının rəyini nəzərdən keçirib hesab edir ki, ekspert rəyi hazırki iş üzrə mötəbər sübut sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısında 3.1-ci bənddə yüngül xəsarətlər sadalanmışdır. Onlara aşağıdakılar aid edilir: 3.1.1. sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər; 3.1.2 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı; 3.1.3. burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı; 3.1.4. əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla); 3.1.5. cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; 3.1.6. baş beyin silkələnməsi; 3.1.7. sağlamlığı qısa müddətə pozan digər zədələnmələr; 3.1.8. əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr. Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının rəyində qeyd edimiş sol diz oynağının və bud-çanaq oynağının əzilməsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısının təsdiq edilməsi barədə qərarda qeyd edilən yüngül xəsarət növlərinə aid deyildir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda qeyd edilən normanın dispozisiyasında zərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi qeyd edilmişdir. Sözü gedən İXM- nin normasının tərkibinin yaranması üçün ilk növbədə zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması sübut edilməlidir. İş materiallarından X1 yüngül xəsarət yetirilməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, həmin ekspertizanın keçirilməsində Azadə Əmirova şəxsən iştirak etməmiş, iştirak etməkdən imtina etmiş ekspertiza canlı şəxsin üzərində deyil, təqdim olunmuş sənədlər əsasında aparılmışdır. Həmin sənədlərin həqiqətən hadisə vaxtı tərtib edilməsi, həqiqətən Əmirova Azadə barəsində tərtib edilməsi əsaslı şübhə doğurur. Belə ki, ekspertiza rəyinin nəticəsinin əsası olan 13 saylı BŞX Rentgen-müayinə kabinetinin arayışında 13 nömrəli birləşmiş şəhər xəstəxanasında tərtib olunması göstərilsə belə, nə vaxt tərtib edilməsi və hansı sahə üzrə həkim (həqiqətən həkim olub-olmaması) barədə məlumat göstərilməmişdir. Odur ki, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, protokolda göstərilən əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir.. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin X14 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar