Məhkəmə qərarları › İş №3(010)-3046/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3046/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3046/2023 28.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs, xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 2W9G9HC, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 10 dekabr 2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X2 polis kapitanı X1 qəbul etdiyi inzibati xəta haqqında iş üzrə 16 fevral 2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarı ilə Şəxs 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Şəxs cəriməni 03 ay müddətinə ödəməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 20 iyun 2023cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X2 polis kapitanı X1 qəbul etdiyi 16 fevral 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət ərizəsi üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Sonda müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs nümayəndəsi və müdafiəçisini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun müddəasından göründüyü kimi İXM-nin 529.3-cü maddəsi ilə inzibati xətanın törədilməsi o halda hesab edilir ki, şəxs onun barəsində tətbiq edilmiş inzibati tənbehi qərarın qanuni qüvvəyə mindiyi andan 3 ay ərzində icra etməmiş olsun. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadından müəyyən olunur ki, Şəxs 20 fevral 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X2 polis kapitanı X1 qəbul etdiyi 16 fevral 2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 10 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət ərizəsi üzrə təkrar yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində 20 iyun 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar