Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-305/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məsləhətçi Əlizadə Yasin Lətif oğlunun katibliyi ilə, barəsində inzibati qərar çıxarılmış şəxs X3 iştirakı ilə, X3, 05 fevral 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 19757X9, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 15 A nömrəli evdə qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 25 dekabr 2020-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla E.A.Əmirov Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. 08 fevral 2021-ci il tarixdə X3 Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təkrarən məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 göstərdi ki, 25 dekabr 2020-ci il tarixdə X6nin əmkdaşı onu saxlayaraq, etibarnamə əsasında istifadəsində olan ** OU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əlində telefon tutduğunu və bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 342.6-cı maddəsinin tələblərini pozduğunu bildirərək barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, isə etiraz edərək avtomobili idarə edərkən əlində telefon olmadığını bildirib subut qismində foto və ya video çəkilişinin olub-olmamasını yol patrul xidməti inspektorundan soruşmuşdur. Yol patrul xidməti inspektoru isə onun etirazına baxmayaraq və hər hansı foto və ya video subutu olmadığı halda bort-kompyuter vasitəsi ilə barəsində protokol tərtib etmişdir. Bundan sonra istifadəsində olan ***-***-**-** telefon nömrəsinə iki sms gəlmişdir. Birinci sms-də onun 25 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 342.6cı maddəsinin tələblərini pozduğu üçün 50 manat məbləğində inzibati cərimə olunduğu qeyd olunmuşdur. İkinci sms-də isə barəsində tərtib edilmiş İXP3693061 protokol üzrə 25 dekabr 2020-ci il tarixdən başlayaraq icra qərarının qüvvəyə mindiyi qeyd olunmudur. Sonda E.A.Əmirov Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən görünür ki, E.A.Əmirov 25 dekabr 2020-ci il tarixdə idarə etdiyi “Mercedes Benz E350” markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı Şamaxı yolunun 13.5 kilometrliyində idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qəbul edilmiş qərarla 50 manat cərimə olunmuşdur. Şikayətə məhkəmə iclasında baxıldığı zaman müəyyən olunmuşdur ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1, E.A.Əmirovun barəsində 25 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraata başlamış və elə həmin gün də inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan E.A.Əmirovun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1, inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayan E.A.Əmirovun barəsində tərtib etdiyi 25 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolu baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərməli olduğu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinin tələblərinə zidd olaraq E.A.Əmirovun barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Şikayətə əlavə edilmiş 25 dekabr 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolun və eyni tarixli, TP seriyalı, ******* nömrəli qərarının surətindən həmçinin görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 polis serjantı rütbəsindədir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru polis serjantı X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokola baxmaq səlahiyyətinə malik olan yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilsin. Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən qəbul edilmiş 25 dekabr 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-305/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-305/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver