Məhkəmə qərarları › İş №3(010)-3053/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3053/2023

16.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3053/2023 16.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi ilə, məhkəmə iclas katibi Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X1 iştirakları ilə, Şəxs - xx.xx.1964-cü il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Naxçıvan şəhəri, H.Aslanov döngəsi 1 evin 8 ünvanında qeydiyyatda olan və Xəzər rayonu, Türkan qəsəbəsi, nömrəsiz evdə faktiki yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus ünvan 3 ünvanındakı yarımtikilidən laqonda, drel, xx.xx.2023-cü ildə X2 yaşadığı ünvan 4 ünvanın həyətindən 1 ədəd samovarı oğurlamaqla xırda talama xətasını törətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsində özünü təqsirli hesab edərək bildirdi ki, o, X3 məxsus ünvan 3 ünvanındakı yarımtikilidən laqonda, drel, xx.xx.2023-cü ildə X2 yaşadığı ünvan 4 ünvanın həyətindən 1 ədəd samovarı oğurlamışdır. O, bu hərəkətləri heç bir yerdə işləmədiyinə görə etmişdir. Sonda Şəxs səhv etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus ünvan 3 ünvanındakı yarımtikilidən laqonda, drel, xx.xx.2023-cü ildə X2 yaşadığı ünvan 4 ünvanın həyətindən 1 ədəd samovarı oğurlamaqla xırda talama xətasını törətmişdir. Onun xx.xx.2023-cü il tarixli qərardadı ilə, ünvan 5 ünvanında yaşayan X3 məxsus olan Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən yarımtikili evdən beş ədəd taxta pəncərənin, 01 ədəd Laqondanın, 01 ədəd preparatorun və 01 ədəd ütünün naməlum şəxs və ya şəxslər tərəfindən və ona ümumilikdə 95(doxsan beş) manat dəyərində madii ziyanın dəyməsi və inzibati xətanı törətmiş şəxsi və ya şəxsləri məsuliyyətə cəlb etmək məqsədi ilə Azərbaycan Respublikası İXM-nin 227 maddəsində nəzərdə tutulan qaydada inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Onun xx.xx.2023-cü il tarixli qərardadı ilə, ünvan 6 ünvanında yaşayan X5, özünə məxsus fərdi yaşayış evinin zirzəmisindən naməlum şəxs və ya şəxslər tərəfindən 01 ədəd samovarının oğurlanması və ona ümumilikdə 80 (səksən) manat dəyərində maddi ziyanın dəyməsi və inzibati xətanı törətmiş şəxsi və ya şəxsləri müəyyən edib məsuliyyətə cəlb etmək məqsədi ilə AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. Buna görə də Şəxs barəsində AR İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla İ Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, AR İXM-in 227-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. AR İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs törətmiş olduğu fakt üzrə inzibati xətanın xarakterini və Şəxs səmimi peşmançılığını nəzərə alıb, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona AR İXM-in 227-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, 170 (yüz yetmiş) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR İXM-in 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 170 (yüz yetmiş) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar