Məhkəmə qərarları › İş №3(010)-3056/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3056/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3056/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X10, Zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: 21 avqust 2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X13 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan vətəndaş X2 Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə ərizə ilə müraciət edib, həmin tarixdə ona məxsus iki ədəd od samovarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını, baş vermiş hadisəyə görə isə ona ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyanın dəyməsini qeyd etmişdir. Təhqiqat araşdırması zamanı ünvan 1 ünvanında yaşayan X3 müraciəti əsasında Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinin əməkdaşlarının keçirdikləri ƏAT nəticəsində isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən X1 Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə gətirilmiş, X9 izahatında törətdiyi əməli etiraf etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu müdafiə etdi və təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus iki ədəd od samovar naməlum şəxs və ya şəxslər tərəfindən evinin qarşısından oğurlanmışdır. Baş vermiş hadisəyə görə ona ümumilikdə 400 (dörd yüz) manat dəyərində maddi ziyan dəymişdir. Bununla bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsinə ərizə ilə müraciət etmişdir. Suraxanı Rayon Polis idarəsinin 33-cü Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən X4 şübhəli şəxs qismində saxlamışlar. Həmin şəxs Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis bölməsində izahatında törətdiyi əməli etiraf etmişdir. Ziyanı tələb edir və X5 qarşı şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həmin hadisəni o, törətmiş, əməlindən peşimandır, polis əməkdaşları tərəfindən tutulan zaman hər iki samovarı polislərə təqdim etmişdir. Ehtiyacı olduğu üçün oğurluq etmiş, hazırda hamilə olmaqla himayəsində iki uşağı var. Əməlindən peşman olduğunu, bir daha oğurluq etməyəcəyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamış, protokol və ona əlavə edilmiş materiallar natamamdır, Şəxs hansı tarixdə və saatda tutulması aydınlaşdırılmamış, oğurlanmış samovarlara görə dəymiş ziyanın məbləği dəqiqləşdirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Həmin Məcəllənin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-nin tələblərinə uyğun tərtib olunmaması və natamam olması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmağa hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamış, protokol və ona əlavə edilmiş materiallar natamam olduğuna görə inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110, 111 və 118-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 21 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və material Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar