Məhkəmə qərarları › İş №3(010)-306/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-306/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-306/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə xx xxx 1985-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx xxxxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən xx xxxx 2017-ci ildə verilmiş 2(103)l013/2017 nömrəli icra vərəqəsinə əsasən “xxxx” ASC ilə X2 arasında bağlanmış xx xxx 2013-cü il tarixli daxili lizinq müqaviləsi və Şəxs arasında bağlanmış xx xxx 2013-cü il tarixli 13/604-1 saylı zaminlik müqaviləsi ləğv edilmiş, borclular X1 və Şəxs müştərək qaydada tutulacaq 24.739,86 ABŞ dolları əsas, 7.520,44 ABŞ dolları faiz, 2.400 ABŞ dolları məbləğində pul vəsaitləri ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə tutulmalı, borclular X1 və Şəxs müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməli, lizinq obyekti olan “DAF” markalı, HO 027264 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobilinin və “KOEGEL”xxxx “xxxx” MMC-yə qaytarılmalıdır. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlamaq haqqında qərar verilərək borclunun ünvanına onun surəti və müvafiq bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, icra sənədinin icra edilməsi ilə əlaqədar şifahi və yazılı xəbərdarlıq edilmişdir. Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində xx xxxxxx 2018-ci il tarixli qərarı ilə axtarış elan edilmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılası məqsədilə müxtəlif orqanlara sorğular göndərilmiş, lakin borclunun adına hər hansı əmlak aşkar edilməmişdir. Bundan başqa lizinq obyekti olan “DAF” markalı H027264 dövlət qeydiyyat nişanlı yəhərli dartıcı yük avtomobili və “Koegel”xxxx“xxxx”xxxx“xxxx” ASC xx xxxxxx 2021-ci il tarixdə 2556 nömrəli məktubla şöbəyə müraciət edərək sözügedən icra sənədinin icraatının 3 ay müddətinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.10-cu maddəsinə əsasən dayandırılmasını xahiş etmişdir. Odur ki, icra məmurunun xx xxxxxx 2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırlmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edir. İcra sənədinin icrasından yayınmır. İşə məhkəmədə baxılması zamanı digər borclu X2 tələbkarın xeyrinə 5.000 manat ödəniş etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İşin faktik hallarından görünür ki, tələbkarın xeyrinə ödəniş edilmiş, tələbkar isə bu ödənişlə razılaşaraq icra işi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar