Məhkəmə qərarları › İş №3(010)-306/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-306/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-306/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlu X1 17 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarı ilə X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. «Şikayət ərizəsi»nin nəticəvi hissəsi aşağıdakı məzmundadır: «Xahiş edirəm: cavabdeh Bakı şəhəri Suraxanı DYPŞ-nin TP ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edəsiniz». Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. «Şikayət ərizəsi»ni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, iş materiallarında görünür ki, inzibati tənbeh vermə haqqında 17 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* saylı qərar Bakı şəhər DYPİ tərəfindən tərtib olunsa da, X2 şikayət ərizəsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət etməyərək, “xahiş edirəm” hissəsində Bakı şəhəri Suraxanı DYPŞ-nin TP ******* saylı qərarı ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla da şikayət ərizəsində məhkəməyə irəli sürdüyü tələb natamamdır. Ona görə də müvafiq şikayətə Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş qaydalara uyğun formada baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X1 17 yanvar 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsi geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar