Məhkəmə qərarları › İş №3(010)-3064/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3064/2022

08.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3064/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə 03 avqust 2015-ci il təvəllüdlü X5 anası X4 qaytarılması tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən ondan 10897,62 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir.O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq maddi imkansızlıq səbəbindən borcunu tam ödəyə bilməmişdir. O, hazırki vaxtadək tələbkara ümumilikdə 1.700 manat pul ödəmişdir. Qalan borcunuda tez zamanda ödəmək niyyətindədir. Lakin, hazırda həmin borcu tam bağlaya bilmir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. İcra sənədi 15 fevral 2022-ci il tarixdə icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraatına başlanılaraq bu barədə tərəflərə məlumat, borclu tərəfə isə həmçinin könüllü icra barədə bildiriş göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü təmin edilmədiyindən onun barəsində 06 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə borclunun 1.500 manat ödəniş etməsini nəzərə alaraq inzibati xəta haqqında işin icraatına xitam vermişdir. Həmin məhkəmə prosesi zamanı borclu məhkəmə iclasında bundan sonra hər ay 300-400 manat ödəniş edəcəyini bildirmiş, may və iyun aylarında heç bir ödəniş etməmiş və iyul ayının 21-də 200 manat məbləğində pulu Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin depozit hesabına ödəmişdir. Ümumilikdə borclu tərəfindən bugnədək cəmi 1700 manat ödəniş edilmiş və hal-hazırda 9197,62 manat qalıq borcu qalmışdır. Buna görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar X6 göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməlidir. Lakin, Şəxs ona olan borcundan hazırki məhkəmə iclasında 300 manat, ümumilikdə isə bugünədək cəmi 1700 manat ödəniş etmişdir. O, borcun tam ödənilməsini istəyir. X1 məhkəmədən qeyd edilənləri nəzərə alaraq, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 10897,62 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 15 fevral 2022-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli, 2(103)-9431/2021 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 15 fevral 2022-ci il tarixdə başlanılmışdır. İş materialarındandan müəyyən olunur ki, borclu Şəxs tələbkar X4 ümumilikdə 1.700 manat ödəniş etmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar