Məhkəmə qərarları › İş №3(010)-3065/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3065/2022

23.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3065/2022 23.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı, Məhkəmə iclas katibi X3, X1 və inzibati xəta törətmiş Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaş X5 qarşı xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru polis kapitanı Orxan Həsənov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Ona məxsus “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində ona sifariş gəlmiş və o dərhal həmin ünvana getmiş və oradan bir kişi və bir qadın götürərək Bakı şəhəri, Yeni Günəşli qəsəbəsinə tərəf gələndə yolda həmin kişi sərnişin kobud surətdə onun üstünə qışqıraraq avtomobili asta idarə etməsini bildirmiş və onu təhqir etmişdir. Həmin kişi sərnişin avtomobili saxlamasını tələb etmiş və hər iki sərnişin avtomobildən düşərək kişi sərnişin ona on dəqiqədən sonra zəng vurmağını tələb etmişdir. On dəqiqədən sonra o, həmin nömrəyə zəng vurmuş və ona Suraxanı rayonunda yerləşən Aura şadlıq sarayının yanına gəlməsini bildirmişdir. O, həmin əraziyə getmiş və orada 4 nəfər başqa şəxslərlə birlikdə onu gözlədiyini gördükdə qorxmuş və dərhal özünə məxsus avtomobili ilə həmin ərazidən uzaqlaşmışdır. Həmin vaxt ona zəng gəlmiş, o dəstəyi qaldırdıqda onu ölümlə hədələməyə başlamışlar. Daha sonra ona tanımadığı nömrədən zəng gəlmiş və özünü polis işçisi kimi təqdim edərək onu 32-ci Polis Bölməsinə dəvət etmişlər. Sonda Şəxs ərizə təqdim edərək etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığnı bildirdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. X2 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə Gənclik yaxınlığından Yeni Günəşli qəsəbəsinə qayınatası gilə getmək üçün taksi sifariş etmişdir. Bu zaman **-FH-*** dövlət qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobil gəlmişdir. Bir müddət getdikdən sonra Şəxs avtomobili surətlə idarə etdiyi üçün ona iradını bildirmişdir. Lakin həmin şəxs onun iradına məhəl qoymayaraq onunla mübahisə etməyə başlamışdır. Sonra o avtomobili saxlatdıraraq başqa taksi sifariş vermişdir və bu zaman Şəxs onu başqa şəxslərin yanında təhqir edərək uca səslə qışqırmış və onu hədələməyə başlamışdır. Sürücü ondan tlelfon nömrəsi tələb etmişdir və buna görə də o özünə məxsus nömrəni ona vermişdir. Buna görə də o məcbur qalaraq 102 xidmətinə zəng vurmuşdur. Bundan sonra o başqa taksiyə oturduqdan sonra Şəxs onu avtomobillə izləməyə başlamışdır. Sonradan o polis şöbəsinə gedərək ərizə yazmışdır və əməliyyatçılarla birlikdə onunla görüşməyə getsə də, o görüşmək istəməmişdir. Sonda X2 ərizə təqdim edərək, inzibati xəta törətmiş şəxslə barışıq əldə etdiyini bildirdi və məhkəmədən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisinə verdiyi yazılı izahatından, habelə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldakı qeydlərindən görünür ki, o, təqsirini etiraf etmişdir. Həmçinin iş materiallarında olan 22 iyul 2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə,əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xəta ilə bağlı səmimi peşmançılığını və zərəçəkmiş şəxslə barışdığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar