Məhkəmə qərarları › İş №3(010)-3070/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3070/2022

30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3070/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Prokuror, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Baş Prokrorluğu tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 272.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs (FİN-xxxxxxx) xx.xx.2022-ci il tarixdə saat 19:00-da “HÖ-1749” bort nömrəli, taxta tipli, “Yamaha-40” mühərrikli qayıqla Suraxanı rayonu ərazisindən Xəzər dənizinə daxil olaraq ümumi çəkisi 1 kq olan 1 (bir) ədəd “kütüm” və çəkisi 8 kq olan 15(on beş) ədəd “kefal” cinsli balığı ovlayaraq “Balıqçılıq haqqında” Azərbaycan Respublikası qanununun 8 və 11-ci maddələrinin tələblərinə əsasən Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilməsi tələblərinə zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun qaydaları”nın tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Şəxs İXM-in 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 22 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, 20 iyun 2022-ci il tarixdə təqribən saat 10:55 radələrində Hövsan bölməsinin 41-ci yanalma körpüsündən özünə məxsus HÖ-1749 bort nömrəli, yamaha-40 mühərriklə təchiz olunmuş, taxta tipli qayığımla heyət üzvü Şəxs Tahir oğlu ilə birlikdə 'tilov' ilə balıq ovlamaq məqsədi ilə dənizə getmək üçün müvafiq icazə sənədləri ilə birlikdə sərhədçilərə yaxınlaşmış, sərhədçilər onun müvafiq icazə sənədlərinə və qayığına yoxlama baxış keçirərək üzmə vasitəsinin qeydiyyat vəsiqəsinə möhür vurdular və onlar 41-ci yanalma körpüsündən qayıqla dənizə hərəkət etdiklərini, sahildən təxminən 2 mil aralıda “tilov" ilə balıq ovlamağa başladıqlarını və hər birilərinə təxminən 3-4 kq balıq ovlamışdırlar. Təqribən saat 17:15 radələrində sahilə qaydarkən aprel ayında dənizə qurduğu jılka torunu tapmışdır və toru sudan yığaraq 41-ci yanalma körpüsü istiqamətində hərəkət etdiklərini, saat 18:45 radələrində sərhədçilər sahildə qayığına və onlara yaxınlaşaraq yoxlama baxış keçirdilər. Baxış zamanı qayığında təxminən 300 metr köhnə jılka toru və 15 ədəd kefal balığı, 1 ədəd kütüm balığı aşkar etdilər və onlara AR-nın NKnın 243 saylı qərarı pozduqları izah edərək araşdırılması üçün Hövsan bölməsinə dəvət etdilər. Sonda o, jılka toru ilə balıq tutmadıqlarını, aprel ayında itirdikləri toru tapdıqlarını və onu da özləri ilə birlikdə götürdüyünü bildirdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru X2 inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 24 iyun 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:00-da Hövsan SNB-nin sağ cinahı 41-ci YK-də “ÜVR” sərhəd naryadı xidmətini təşkil edən SNB gizir S.Abduləzizov, üzvü çavuş E.Məmmədov tərəfindən xidmət təşkil olunarkən HÖ -1749 bort nömrəli, taxta tipli, Yamaha-40 mühərriki ilə təchiz olunmuş, 2 (iki) nəfər heyət üzvü olan qayıq dənizdən sahilə qayıdarkən saxlanılmış və qayığa baxış keçirilmişdir. Baxış zamanı qayıqda təxmini uzunluğu 300 (üç yüz) metr olan tor, 15 (on beş) ədəd təxmini çəkisi 8 (səkkiz) kq olan kefal balığı və 1 (bir) ədəd təxmini çəkisi 1 (bir) kq olan kütüm balığı aşkar olunaraq saxlanılmışdır. Saxlanılan əşyalar aktlaşdırılaraq SNB-nə gətirilmiş və 10 nömrəli aktla Sahil Mühafizəsinin MTTŞ-nə təhvil verilmişdir. Qayığın heyət üzvləri Siyəzən rayon sakini, xx.xx.1983-cü il təvəllüdlü X3 (AA № 2950364) və Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi sakini, xx.xx.1979-cu il təvəllüdlü Şəxs Tahir oğlu (AZE № ********) mövsümi olaraq kütləvi şəkildə balıq ovlanmasınının qadağan olunmasına baxmayaraq tor vasitələrindən istifadə edərək qanunsuz balıqçılıqla məşğul olduqları üçün barələrində aidiyyəti qurumlar tərəfindən tədbirlərin görülməsi üçün yuxan komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli saxlanılma aktına əsasən xx.xx.2022-ci il tarixdə saat 19:00-da Hovsan SNB-nin sağ cinahı 41-ci YK-də “ÜVR" sərhəd naryadı xidmətini təşkil edən SNB gizir S.Abduləzizov, üzvü çavuş E.Məmmədov tərəfindən xidmət təşkil olunarkən HÖ -1749 bort nömrəli, taxta tipli, Yamaha-40 mühərriki ilə təchiz olunmuş, 2 (iki) nəfər heyət üzvü olan qayıq dənizdən sahilə qayıdarkən saxlanılmış və qayığa baxış keçirilmişdir. Baxış zamanı qayıqda təxmini uzunluğu 300 (üç yüz) metr olan tor, 15 (on beş) ədəd təxmini çəkisi 8 (səkkiz) kq olan kefal balığı və 1 (bir) ədəd təxmini çəkisi 1 (bir) kq olan kütüm balığı aşkar olunaraq saxlanılmışdır. Qayığın heyət üzvləri Siyəzən rayon sakini, xx.xx.1983-cü il təvəllüdlü X3 (AA № 2950364) və Bakı şəhəri Suraxanı rayonu Əmrcan qəsəbəsi sakini, xx.xx.1979-cu il təvəllüdlü Şəxs (AZE № ********) mövsümi olaraq kütləvi şəkildə balıq ovlanmasınımn qadağan olunmasına baxmayaraq tor vasitələrindən istifadə edərək qanunsuz balıqçılıqla məşğul olduqları üçün barələrində aidiyyəti üzrə tədbirlr görülmüşdür. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs İXM-in 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. İXM-in 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində İXM-in 272.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədilməsində təqsirli bilinərək barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməməklə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar