Məhkəmə qərarları › İş №3(010)-3074/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3074/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3074/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə X1, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 31-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10V, mənzil 31-də yaşayan X10, keçmiş həyat yoldaşı Şəxs ilə görüş zamanı aqressiv hərəkətlər edərək azyaşlı oğlu X12 itələyərək xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Suraxanı RPİ-nin 31-cu Polis Şöbəsinin sahə X2 tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati xəta haqqında işin aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardad qəbul edilmişdir. Məhkəmə iclasında protokol tərtib edilmiş şəxs Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin sahə X2 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında 2017-ci ildən məhkəmə proseslərinin getdiyini, boşanma olmadan qabaq keçmiş əri X3 onu analıq hüququndan məhrum etmək üçün müraciət etdiyini, 2018-ci ildən bu yana uşaqları cəmi 7-8 dəfə icra məmurunun iştirakı ilə gördüyünü, həmin görüş zamanı da kamera çəkilişi olduğunu, uşaqların görüş zamanı ona yaxın getmədiklərini, uşaqları X4 aparacağını, buna görə də uşaqları ondan soyutduğunu, eyni zamanda onun barəsində tərtib edilmiş inzibati xətaya dair protokolla razılaşmadığını, belə ki, azyaşlı oğlu X8 və keçmiş əri X6 heç bir xəsarət yetirmədiyini, tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək, inzibati məsuliyyətdən azad edilməsi barədə məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, 18 iyun 2022-ci il tarixdə saat 11:30-da görüş zamanı azyaşlı oğluna xəsarət vurmuş, bu xəsarəti ilk dəfə yetirmədiyini, belə ki, bundan əvvəl də dəfələrlə uşaqlara xəsarət yetirmiş, 18 iyun 2022-ci il görüş zamanı azyaşlı oğlu X9 itələmiş, onun burnu qadının sumkasına və yaxud telefonuna dəydiyini, eyni zamanda ilk olaraq ona zərbə yetirmiş, sonra isə azyaşlı oğluna zərbə yetirmişdir. Bu səbəblərə görə də uşaqlar ondan çəkinir. Keçmiş arvadı Şəxs qardaşı 3 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər törətmiş, həmin cinayətin üstünü onun böyük oğlu açdığına görə ona qarşı aqressiya yaranmışdır. Şəxs uşaqlara qarşı əsas da böyük oğluna qarşı aqressiv hərəkətləri vardır. Uşaqlar da istər istəməz bu hərəkətlərə görə ondan çəkinirlər. Sonda, o, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati həbs tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16» Suraxanı rayon Şöbəsininin 18.06.022-ci il tarixli, 680 saylı rəyində vətəndaş X3 müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16» Suraxanı rayon Şöbəsininin 18.06.022-ci il tarixli, 681 saylı rəyində 2014-cü il təvəllüdlü azyaşlı X7 bədən səthində burun kökünün sıyrığı xəsarəti aşkar edilmişdir Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, alınma müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edimir. Xəsarətin lokalizasiyasına və xüsusiyyətinə əsasən demək olar ki, həmin xəsarətin digər şəxs tərəfindən yetirilməsi nəticəsində aınması inkar olunmur. Lakin xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınması inandırıcı deyildir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 10V, mənzil 31-də yaşayan X10, keçmiş həyat yoldaşı Şəxs ilə görüş zamanı aqressiv hərəkətlər edərək azyaşlı oğlu X12 itələyərək xəsarətlər yetirdiyi qeyd edilsə də həmin fakt təsdiqini tapmamışdır. Belə ki, «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X16» Suraxanı rayon Şöbəsininin 18.06.022-ci il tarixli, 681 saylı rəyində 2014-cü il təvəllüdlü azyaşlı X7 bədən səthində burun kökünün sıyrığı xəsarəti aşkar edilsə də, məhz həmin xəsarətin Şəxs törədilməsi sübuta yetilməmişdir. Belə ki, istər məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X10 tərəfindən təqdim edilmiş video yazıda, istərsə də, şahid qismində dindirilmiş icra məmuru Nicat Vəlizadənin izahatında, həmçinin, sonuncunun təqəfindən təqdim edilmiş videoyazıda Şəxs tərəfindən xəsarətin yerinə yetirilməsi faktı öz yerini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından, Şəxs azyaşlı oğlu X12 döyməsi faktı təsdiqini tapmadığından Şəxs barəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar