Məhkəmə qərarları › İş №3(010)-3089/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3089/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3089/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 və X5 iştirakı ilə, Şəxs, xx xxxxxx 1975-ci il tarixdə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)- 3005/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 03 avqust 2015-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə 03 avqust 2015-ci il təvəllüdlü X7 anası X6 qaytarılması tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında inzibati xətanı törətməsində özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən onun 03 avqust 2015-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. O, məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Sadəcə olaraq uşaq anası ilə yaşamaq istəmir. O dəfələrlə uşağı anasına vermək istə də, lakin, X11 anasının yanında yaşamaq istəməmişdir. Belə ki, o, hər dəfə övladı ilə görüşəndə, uşaq anasından ona şikayət edərək, evdə ac və susuz qaldığını, sonuncu dəfə isə uşaq anasının bir aydan artıq müddətdir ki, evdə olmadığını, başqa bir ölkəyə getdiyini bildirmişdir. O, bir ata kimi övladının bu vəziyyətinə dözmədiyi üçün övladının onun yanında yaşamaq istəyinə etiraz etməmişdir. Uşaq anası ilə yaşamaq istəsə onun övladının anası ilə getməsinə etirazı yoxdur. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X8 məhkəmədə bildirdi ki, icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına 04 noyabr 2019cu il tarixdə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Sonuncu dəfə uşaq atası ilə görüş zamanı Şəxs uşağı özü ilə apararaq, anasına qaytarmamışdır. Buna görə Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda 03 avqust 2015-ci il təvəllüdlü X7 anası X6 qaytarmadığı təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin, 03 avqust 2015ci il təvəllüdlü X11 anası ilə yaşamaqdan imtina edir.Tərəflər arasında razılıq əldə olunmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında X9 göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 nömrəli qətnaməsinə dair icra sənədinə əsasən Şəxs 03 avqust 2015-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 12:00dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Lakin, Şəxs sonuncu dəfə uşaqla görüşəndə övladını aparmış və bir daha geri qaytarmamışdır. Övladı X1 Niyaz tərəfindən öyrədilir, bu səbəbdən də, uşaq onunla yaşamaq istəmir. X2 məhkəmədən qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 nömrəli qətnaməsinə dair icra sənədindən görünür ki, Şəxs 03 avqust 2015-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 12:00-dan 19:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 04 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(010)-3005/2019 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 04 noyabr 2019-cu il tarixdə başlanılmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar