Məhkəmə qərarları › İş №3(010)-309/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-309/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-309/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 25 avqust 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 19 yanvar 2025-ci ildə saat 00:00 radələrində “Titanik” kafesində saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X6 tərtib etdiyi MN seriyalı ******* nömrəli 21 yanvar 2025-ci il tarixli protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Suraxanı rayonu ərazisində yerləşən “Titanik” kafesi atasına məxsus olmaqla özü işlədir. 19 yanvar 2025-ci ildə saat 00:00 radələrində polis əməkdaşları kafeyə yaxınlaşaraq musiqi səs-küyünün yaranmasını bildirdikdə o, atası obyektin sahibi olduğu üçün, atasına zəng vurub məlumat vermişdir. Polis əməkdaşı özü də atası ilə telefonla danışıb məlumat vermişdir. Telefonla danışandan sonra polis əməkdaşları onu Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət etmiş, o, isə polis əməkdaşlarının qanuni tələblərinə əməl edərək razılaşmışdır. Himayəsində azyaşlı uşağı var, özüdə 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili X3 ifadəsində bildirmişdir ki, 19 yanvar 2025-ci ildə saat 00:00 radələrində əməliyyat istintaq qrupu ilə birlikdə daxil olmuş məlumat əsasında ünvana gedən zaman “Titanik” kafesində yüksək tonla musiqi səsləri gəldiyindən, eləcə də ətrafda olan vətəndaşların haqlı narazılığı əsasında Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X6 ilə birlikdə həmin kafeyə yaxınlaşmışlar. Kafedə olan şəxslərdən X1-küy salaraq musiqi səsini yüksəkdən qaldırmasını, həmin vaxtı isə orada olan Şəxs musiqi səsini davam edəcəyini bildirərək polsin qanuni tələblərinə qərəzli şəkildə tabe olmadığı üçün hər iki şəxslər barəsində qanuni tədbir görülməsi üçün Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinə dəvət olunmuşlar. Şəxs həmin inzibati xətanı törətməsi Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis şöbəsinin sahə inspektoru X6 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 21 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokolu, proses iştirakçılarının ifadələri ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar