Məhkəmə qərarları › İş №3(010)-31/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-31/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-31/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X8, tələbkar X4, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 iştirakı ilə, Şəxs, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 14 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-101/2022 nömrəli qərardadına dair 23 iyun 2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)- 101/2022 nömrəli qərardadı ilə müvəqqəti olaraq, yəni mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğində aliment tutularaq X6 verilməsi qərara alınmışdır. Borclu icra məmurunun tələblərini yerinə yetirmədiyindən protokol tərtib edilmişdir. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs həm yazılı, həm də şifahi izahatında bildirmişdir ki, hal-hazırda iş üzrə tələbkar X9 ərizə verərək inzibati iş üzrə icraata xitam verilməsinə xahiş etmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin bildirir ki, tələbkar X9 ilə barışdıqlarını nəzərə alınmasını, əlavə olaraq qeyd edir ki, Abşeron rayon icra şöbəsində olan Abşeron Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-155/2022 nömrəli icra sənədi üzrə Vahid Ələkbərova qarşı aliment tələbinin olmadığını, gələcəkdə də bir-birlərinə qarşı alimentlə bağlı hər-hansı bir tələblərinin olmayacağını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bundan əlavə 200 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar X9 həm yazılı, həm şifahi izahatında borclu Şəxs ilə qarşılıqlı razılığa əsasən barışdıqlarını, bir-birlərinə qarşı aliment tələbinin olmadığını, həmin işə xitam verilməsini, əlavə olaraq qeyd edir ki, Abşeron Rayon İcra Şöbəsində e- MTT(010)-155/2022 saylı icra işi üzrə sabiq həyat yoldaşı Şəxs alimentdən imtina eməsi barədə ərizə vermiş, ona görə də o da Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-101/2022 nömrəli icra sənədi üzrə yaranmış alimentdən imtina etdiyini, gələcəkdə də bir-birlərinə qarşı aliment tələblərinin olmayacağını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-101/2022 nömrəli qərardadı ilə müvəqqəti olaraq, yəni mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılıb qurtaranadək yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğində aliment tutularaq X6 verilməsi qərara alınmışdır. 14 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e- MTT(010)-101/2022 nömrəli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan borclu Şəxs tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, hal-hazırda iş üzrə tələbkar X9 ərizə verərək inzibati iş üzrə icraata xitam verilməsinə xahiş etmiş, bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmiş, həmçinin bildirir ki, tələbkar X9 ilə barışdıqlarını nəzərə alınmasını, həmçinin məhkəmə olan icraat zamanı 200 manat pulun ödədiyini, əlavə olaraq qeyd edir ki, Abşeron rayon icra şöbəsində olan Abşeron Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)- 155/2022 nömrəli icra sənədi üzrə Vahid Ələkbərova qarşı aliment tələbinin olmadığını, gələcəkdə də bir-birlərinə qarşı alimentlə bağlı hər-hansı bir tələblərinin olmayacağını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan tələbkar X9 tərəfindən məhkəmə iclasında verilmiş ərizədən görünür ki, borclu Şəxs ilə qarşılıqlı razılığa əsasən barışdıqlarını, bir-birlərinə qarşı aliment tələbinin olmadığını, həmin işə xitam verilməsini, əlavə olaraq qeyd edir ki, Abşeron Rayon İcra Şöbəsində e-MTT(010)-155/2022 saylı icra işi üzrə sabiq həyat yoldaşı Şəxs alimentdən imtina eməsi barədə ərizə vermiş, ona görə də o da Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-101/2022 nömrəli icra sənədi üzrə yaranmış alimentdən imtina etdiyini, gələcəkdə də bir-birlərinə qarşı aliment tələblərinin olmayacağını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, e-MTT(010)-101/2022 nömrəli qərardadına dair icra sənədi üzrə tələbkar X9 ilə qarşılıqlı razılıq ərizələrini nəzərə alaraq hesab edir ki, Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar