Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-310/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 14 fevral 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, 14.02.2022-ci il tarixdə saat 00:30-dan Yeni Günəşli qəsəbəsi “Q” y/s-də polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1 ünvanında ailəsi ilə birlikdə yaşadığını, 13.02.2022-ci il tarixdə dostunun onlara qonaq gəldiyini və yemək yeyib-içdiklərini, sonradan arvadı ilə mübahisə yaşadığını, arvadının da 102 xidmətinə zəng edərək şikayət etmiş və polis əməkdaşları həmin ünvana gələrək onu polis şöbəsinə dəvət etmiş, o onu polis şöbəsinə getməyi üçün səbəb olmadığını bildirərək mübahisə etmişdir. Sonradan onu polis bölməsinə gətidiklərini, öz səhvini başa düşdüyünü bildirərək, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X6 izahat verərək göstərdi ki, 13.02.2022-ci il tarixində xidmətdə olduğu zaman 23:55-də DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1-də yaşayan X5 bildirmişdir ki, keçmiş əri içkili vəziyyətdə evdə münaqişə yaradaraq onu təhqir edir. Əməliyyat qrupu hadisə yerinə getmişlər. X1 ərizəsini aldıqdan sonra, keçmiş əri Elnur adlı şəxsi 33-PB-yə dəvət edildiyni, bu zaman polis əmıkdaşlarına aqressiv cavablar verərək, onların qanuni tələblərinı əməl etməyərək tabesizlik göstərməyə başlamış, daha sonra Elnur adlı şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz qərəzli hərəkətlərinə davam etmiş, həmin şəxsi zərərsizləşdirməyə çalışarkən özünü divara çıparaq yerə yıxdığını və onlara əl-qol atdığını, bir müddət mübahisədən sonra həmin şəxsi zərərsizləşdirərək təxminən saat 00:45 radələrində 33-cü PB-yə gətirildiyini və ondan sonra həmin şəxsin 1980-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Sonda o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin rəisi Samir Quliyevin adına Suraxanı RPİnin 33-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Kamal Qasımbəyli və Suraxanı RPİnin 33-cü PB-nin YYÇ üzrə inspektor, polis baş leytenantı İsmayıl İsmayıllı tərəfindən yazılmış 14.02.2022-ci il tarixli Raportdan görünür ki, 13.02.2022-ci il tarixində xidmətdə olduğu zaman 23:55-də DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1-də yaşayan X5 bildirmişdir ki, keçmiş əri içkili vəziyyətdə evdə münaqişə yaradaraq onu təhqir edir. Əməliyyat qrupu hadisə yerinə getmişlər. X1 aldıqdan sonra, keçmiş əri Elnur adlı şəxsi 33-PB-yə dəvət edildiyni, bu zaman polis əmıkdaşlarına aqressiv cavablar verərək, onların qanuni tələblərinı əməl etməyərək tabesizlik göstərməyə başlamış, daha sonra Elnur adlı şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz qərəzli hərəkətlərinə davam etmiş, həmin şəxsi zərərsizləşdirməyə çalışarkən özünü divara çıparaq yerə yıxdığını və onlara əl-qol atdığını, bir müddət mübahisədən sonra həmin şəxsi zərərsizləşdirərək təxminən saat 00:45 radələrində 33-cü PB-yə gətirildiyini və ondan sonra həmin şəxsin 1980-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. “İnzibati qaydada tutma haqqında” 14 fevral 2022-ci il tarixli, AZA seriyalı 009010 nömrəli protokoldan görünür ki, Şəxs 14 fevral 2022-ci il tarixdə, saat 00:45-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14.02.2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S, ev 19, mənzil 1 ünvanında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə X4 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs oğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-310/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-310/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver