Məhkəmə qərarları › İş №3(010)-310/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-310/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-310/2025 21.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 21 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən 02 oktyabr 2012-ci il tarixdən başlayaraq 24 yanvar 2022-ci il təvəllüdlü X5 və 25 noyabr 2004-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Əlavə olaraq qeyd edir ki, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə imkanı olmadığı üçün tələbkara olan borcunu ödəyə bilmir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Həmin məsələyə baxaraq məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarından görünür ki, Şəxs "xxxx" MTK-də ərazi gözətçisi kimi çalışır və aylıq əmək haqqısı 400 manat təşkil edir. Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X4 isə bu halı araşdırmamış və İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində qeyd edilən məcburi tədbirlərinə tam riayət etməmişdir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: -borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; -tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; -tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; -icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; -bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Müəyyən olunur ki, borclunun əmək haqqı İcra haqqında Azərbaycan Respublikasının Qanununun 68-ci maddəsində nəzərdə tutulmuş tələbin yönəldilməsinə yol verilməyən pul məbləğinə aid deyildir. Buna baxmayaraq, icra məmuru tərəfindən tələb borclunun əmək haqqına yönəldilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iş yeri barədə məlumatı əhəmiyyətli sayır. Belə ki, icra sənədləri üzrə məbləğlərin onun əmək haqqına yönəldilməsi ilə bağlı zəruri tədbirlərin icra məmuru tərəfindən görülübgörülməməsi Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə yekun qərara təsir göstərə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528. 21 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli aprel 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol Suraxanı rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar