Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3110/2022 17.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Suraxanı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Buta Farm MMC-nin ünvan 1 ünvanda yerləşən 375 nömrəli aptek yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təhciz edilməmiş, obyektin elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmamışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati X7 daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 4-cü ərazi X6 İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, 28 İyul 2022-ci il tarixində ünvan 2 ünvanda yerləşən, Şəxsnə məxsus olan aptekdə əməkdaşlar tərəfindən planlı yanğın-texniki müayinə keçirilmişdir. Keçirilmiş YTM zamanı MMC tərəfindən YTQ № 01-2001 9.3 və 6.1 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən aptekdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılmadığı müəyyən edilmişdir. Bu səbəbdən əməkdaşlar tərəfindən Şəxs MMC barəsində hüquqi şəxs qismində xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati X7 tərtib edilmişdir. Tərtib olunmuş protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında icraat aparılan cəmiyyətə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin cəmiyyətin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 26 iyul 2022-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Buta Farm MMC-nin ünvan 3 ünvanda yerləşən 375 nömrəli aptekin baş nəzarətçisi X2 işlədiyi aptekdə yanğına qarşı təhlükəsizlik üzrə ehtiyat məsul şəxs təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən Buta Farm MMC-nin ünvan 1 ünvanda yerləşən 375 nömrəli aptekin baş nəzarətçisi X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli yanğın –texniki müayinə aktından müəyyən edilir ki, obyekt yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təhciz edilməyib, obyektin elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmamışdır. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati X7 və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nə məxsus ünvan 3 ünvanda yerləşən 375 nömrəli aptekdə yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təhciz edilməyib, obyektin elektrik naqillərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmamışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3110/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3110/2022
17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver