Məhkəmə qərarları › İş №3(010)-3117/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3117/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3117/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1963-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən tərtib olunmuş 09 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış materialdan görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən 13 sentyabr 2021-ci ildə verilmiş 17 fevral 2020ci il tarixli e-2-2(113)-386/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 77648,41 manat (yetmiş yeddi min altı yüz qırx səkkiz manat qırx bir qəpik), faiz borcu üzrə 3405,88 manat (üç min dörd yüz beş manat səksən səkkiz qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88778,02 manat (səksən səkkiz min yeddi yüz yetmiş səkkiz manat iki qəpik) və 500 manat (beş yüz manat) cərimə olmaqla, cəmi 89278,02 manat (səksən doqquz min iki yüz yetmiş səkkiz manat iki qəpik) məbləğində pul ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma girov predmeti olan, Şəxs mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP133, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP136, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP131, şassı № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP161 olan sərnişin daşıma avtobuslarına yönəldilməli, həmin avtobuslar açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli; Şəxs xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184790,16 manat (yüz səksən dörd min yeddi yüz doxsan manat on altı qəpik), faiz borcu üzrə 40243,19 (qırx min iki yüz qırx üç manat on doqquz qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242511,41 manat (iki yüz qırx iki min beş yüz on bir manat qırx bir qəpik) və 50 manat (əlli manat) cərimə olmaqla, cəmi242561,41 manat (iki yüz qırx iki min beş yüz altmış bir manat qırx bir qəpik) məbləğində pul ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma girov predmeti olan, Şəxs mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS432, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS435, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS437, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS438, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **- VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməli, həmin avtobuslar açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, Şəxs xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22606,28 manat, faiz borcu 14932,43 (on dörd min doqquz yüz otuz iki manat qırx üç qəpik), kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39575,33 (otuz doqquz min beş yüz yetmiş beş manat otuz üç qəpik) və700 manat cərimə olmaqla, cəmi 40275,33 manat (qırx min iki yüz yetmiş beş manat otuz üç qəpik) məbləğində pul, 20,10 manat (iyirmi manat on qəpik) dövlət rüsumu və 0,40 manat (qırx qəpik) xidmət haqqı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tutma girov predmeti olan, Şəxs mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı 90MZ462 olan sərnişin daşıma avtobusuna yönəldilməli, həmin avtobus açıq hərracda satılmalı, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli, borc ödənildikdən sonra sərnişin daşıma avtobuslarının satışından artıq məbləğ qalarsa, həmin məbləğ Şəxs qaytarılmalıdır. Borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material 09 avqust 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinə daxil olmuş, Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Borclu Şəxs həmin qərardan şikayət vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Şəxs inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Suraxanı Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona edilmiş əlavədə qeyd olunur ki, «Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-386/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə borclu Şəxs cəmi 430696,26 manat pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Tutma girov predmeti olan Şəxs mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi №NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP133, şassi №NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP136, şassi №. NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP131, şassi № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı 90NP161, şassi №KL5U42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS432 şassi № KL5UK42HEDU00584, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS435, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS437, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS438, şassi №. KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişan 90VS436, şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı 90MZ462 olan sərnişin daşıma avtobuslarına yönəldilməlidir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Belə ki, icra sənədi 07 sentyabr 2021-ci il tarixdə icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraatına başlanılaraq, bu barədə tərəflərə məlumat, borclu tərəfə isə həmçinin könüllü icra barədə bildiriş göndərilmişdir. İcraat dövründə girov predmeti olan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı 90MZ462, nömrə nişanı 90VS432 şassi №KL5UK42HEDU00584, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS435, şassi №. KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı 90VS438, şassi № KL5UK42HEDU005859 markalı sərnişin avtobusları müvafiq hərrac təşkilatı tərəfindən satılaraq, borcdan 76255 manat hissəsinin ödənilməsi təmin edilmiş və hazırda 354441,26 manat qalıq borc mövcuddur. Yerdə qalan sərnişin avtobusları iş üzrə borcludan tələb edilsə də, sonuncu həmin avtobusların onda olmadığını, bu avtobusları müqavilə əsasında başqa şəxslərə verdiyi səbəbindən, qeyd etdiyi şəxslərin də borc üzrə cavabdehlik daşıdıqlarını, Bakı Kommersiya Məhkəməsinin, həmçinin, apelyasiya və kasasiya instansiyaları məhkəmələrinin qərarları ilə razılaşmadığını bildirərək, icra sənədinin icrasından yayınmışdır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, o, mübahisəli avtobusları tələbkar bankın təklifi və razılığı ilə üçtərəfli müqavilə əsasında başqa sahibkarlara təhvil verilmişdir. Bundan sonra həmin sahibkarlar avtobusları işlətmişlər. Sonradan ona məlum olmuşdur ki, onlar tərəfindən banka cəmi üç ayın ödənişləri həyata keçirilib. Mübahisəli borcun X2 tərəfindən ödənilməsi barədə Korrupsiyaya qarşı mübarizə baş idarəsinin tələbkara borcun ödənilməsi barədə məktubu da mövcuddur. Borclu həmçinin qeyd edir ki, ipoteka predmeti olan avtobuslar hazırda da mövcuddur və Sumqayıt şəhərində marşrut üzrə işləyirlər. Bunu dəfələrlə icra məmuruna bildirmiş və onun nəzərinə çatdırmışdır ki, tutmanın icra sənədində göstərildiyi kimi avtobuslara yönəldilməsinə heç bir etirazı yoxdur. Sadəcə olaraq avtobuslar başqa şəxsin (şəxslərin) faktik istifadəsində olduğuna görə onları İcra şöbəsinə təqdim etmək onun imkanı xaricindədir. Buna baxmayaraq avtobusların hərəkət etdiyi marşrutları və yerini belə icra məmuruna dəfələrlə və şəxsən bildirib. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu əsassız və qanunsuz hesab edir və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İcra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıda göstərilənlərə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, şəxs yalnız inzibati xətanın törədilməsində təqsirli olduqda inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən: «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Məhkəmə inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin olması və onun həmin maddə ilə təqsirli olması halı icra məmuru tərəfindən sübuta yetirilməlidir. İcra sənədinin məzmunundan görünür ki, borcludan tutulmalı olan pul məbləğləri ipoteka predmeti olan avtobusların satışı hesabına həyata keçirilməlidir. Borclunun bildirdiklərindən görünür ki, ipoteka predmeti olan həmin avtobuslar hazırda da mövcuddur və marşrut üzrə hərəkət edirlər. Borclunun bildirdiklərindən həmçinin görünür ki, o, avtobusların hərəkət marşrutunu və yerini də icra məmuruna bildirib. Lakin ipoteka predmeti olan bir neçə avtobusun hərracdan satılaraq, borcun bir hissəsinin ödənişi təmin edildiyinə baxmayaraq, digər avtobusların müəyyən edilməsi və hərracdan satılaraq borcun ödənilməsi istiqamətində icra məmuru tərəfindən heç bir təsirli tədbir görülməmişdir. Avtobusların bir qisminin hazırda da işlək vəziyyətdə mövcud olması onlarla bağlı DYP tərəfindən tətbiq edilmiş və siyahısı Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş cərimələrlə də təsdiq olunur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması, yəni onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməməsi halları inzibati xəta haqqında materialla təsdiqlənmir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyasını nəzərə alaraq hesab edir ki, mövcud vəziyyətdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması halı sübuta yetirilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar