Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3118/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Məmmədovun, X1, Borclu Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Məmmədovun 09 avqust 2022-ji il tarixli inzibati xəta haqqında protokoluna əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 məxsus olan ünvan 2 ünvanında saxlanılan heyvanlar həmin ünvandan çıxarılaraq, ərazi heyvanlardan boşaldılmalıdır. X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 31 a ünvanında heyvanların saxlanılması qadağan edilməlidir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Məmmədov göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə X3 məxsus olan ünvan 4 ünvanında saxlanılan heyvanlar həmin ünvandan çıxarılaraq, ərazi heyvanlardan boşaldılmalıdır. X3 ünvan 5 ünvanında heyvanların saxlanılması qadağan edilməlidir. Sözügedən icra sənədi Nizami Rayon Məhkəməsi tərəfindən icra olunması üçün Suraxanı rayon icra şöbəsinə göndərilmiş və həmin tarixdə icraata başlanılaraq bu barədə borclu Şəxs həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu zaman borjlunun ərazidə 2 ədəd heyvan saxladığı müəyyən edilmişdir. Borjlu bildirmişdir ki, heyvanları bayram münasibəti ilə ərazidə müvəqqəti saxlayır və 10 gün müddətində göstərilən ünvandan çıxarajaqdır. Bu müddət keçidikdən sonra o, əraziyə getmiş və həqiqətən də borjlunun heyvanları ərazidən çıxardığını müşahidə etmişdir. Bir müddət sonra o, tələbkarla birlikdə yenidən əraziyə getmiş və borjlu tərəfindən ərazidə hər hansı heyvanın saxladığını müşahidə etməmişdir. Onda olan məlumata görə borjlu hal-hazırda da ərazidə hər hansı bir heyvan saxlamır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanında saxlanılan heyvanlar həmin ünvandan çıxarılaraq, ərazi heyvanlardan boşaldılmalıdır. O, hal-hazırda ərazidə heç bir heyvan saxlamır və gələjəkdə də bunu etmək niyyəti yoxdur. Onun ərazidən heyvanları çıxarmasını ijra məmuru ilə əraziyə gəlmiş tələbkar da müşahidə etmişdir. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 məxsus olan ünvan 2 ünvanında saxlanılan heyvanlar həmin ünvandan çıxarılaraq, ərazi heyvanlardan boşaldılmalıdır. X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 31 a ünvanında heyvanların saxlanılması qadağan edilməlidir. Hal-hazırda borjlu ərazidən heyvanları çıxartmışdır, lakin hesab edir ki, gələjəkdə borjlu yenidən heyvanları ərazidə yerləşdirəjəkdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İş materiallarından müəyyən olunur ki, Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 09 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1996/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən X3 məxsus olan ünvan 2 ünvanında saxlanılan heyvanlar həmin ünvandan çıxarılaraq, ərazi heyvanlardan boşaldılmalıdır. X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, ev 31 a ünvanında heyvanların saxlanılması qadağan edilməlidir. Həmçinin, müəyyən olunmuşdur ki, iş üzrə borjlu hal-hazırda ərazidə heç bir heyvan saxlamır və onun ərazidən heyvanları çıxarmasını ijra məmuru ilə əraziyə gəlmiş tələbkar da müşahidə etmişlər. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu X5 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3118/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3118/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver