Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-312/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, mərkəz massivi, şimal-şərq ünvanında yerləşən Şəxsnə məxsus olan “Bolmart” supermarketində planlı YTM keçirilərkən müayinə zamanı YTQ № 01-2001 bənd 5.3, 6.1 və 10.4 bəndlərinin tələblərinin pozulması aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində 09 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 məhkəmə iclasında göstərdi ki, Şəxsnə məxsus mağazaların sayı çox olduğu üçün bu tip qüsurların olduğunu qəbul edir. Yoxlayıcı orqan 5 gün qabaqdan gəlməsi barədə məlumat verməli olsa da, buna əməl edilməmişdir. Halın baş verdiyini qəbul edir. Yoxlayıcı orqanın gəlməsi barədə məlumatlı olsa iilər xətaları aradan qaldırardılar. X2 qeyd etdiklərini nəzərə alaraq hüquqi şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin nümayəndəsi X5 bildirdi ki, 09 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşİi qəsəbəsi, V yaşayış sahəsi, mərkəz massivinin Şimaİ-şərqi ünvanında yerİəşən, "xxxx" MMC-ə məxsus olan "Bolmart" supermarketində əməkdaşİarı tərəfindən planlı yanğın-texniki müayinə keçiriİmişdir. Keciriİmiş YTM zamanı MMC tərəfindən YTQ NQ 01-2001 5.3, 6.1 ye 10.4 bəndlərinin tələblərinin pozuİduğu müəyyən ediİmişdir. Belə ki, qeyd olunan ünvanda yerləşən marketdə elektrik təsərrüfatı "X1 Qaydaları"na uyğun deyil, ilkin yanğın söndürmə vasitələri ilə tam təmin edilməyib və təxliyyə yolları müxtəlif materiallar ilə, hazır əşyaİar ilə tutuİmuşdur. Yoxlama fevral ayının 3-dən 9-na kimi aparılmışdır. Tərtib etdiyi protokolu müdafiə edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X7 Xidmətinin 4-cü ərazi X7 İdarəsinin nümayəndəsini dinələyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla hüquqi şəxs Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki İş materiallarında olan 09 fevral 2022-ci il tarixli, 00368 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən KY221708131 nömrəli çıxarışa əsasən X7 üzrə Şəxs planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti (YTQ № 01-2001 bənd 5.1-5.6); elektrik qurğularının normativ sənədlərin tələblərinə quraşdırılması və istismar vəziyyəti (YTQ № 01-2001 bənd 6.1-6.10); yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılması (YTQ № 01-2001 bənd 10.1-10.4) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 09 fevral 2022-ci il tarixli 00368 №-li qərardan görünür ki, Şəxsnə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, mərkəz massivi, şimal-şərq ünvanında yerləşən “Bolmart” supermarketində 03.02.2022-il tarixdən 09.02.2022-ci il tarixədək planlı müayinə aparılmışdır. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 09 fevral 2022-ci il tarixli 00368 №-li aktdan görünür ki, Şəxsnə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, mərkəz massivi, şimal-şərq ünvanında yerləşən “Bolmart” supermarketində yanğın texniki müayinəsi aparılmış, müayinə zamanı nöqsanlar aşkar olunmuşdur. YTQ № 01-2001 bənd 5.3, 6.1 və 10.4 bəndlərinin tələbləri pozulması qeyd olunmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxs Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-312/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-312/2022
02.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver