Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3120/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5» MMC-nin nümayəndəsi, Vəkil, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi X1 iştirakı ilə «X5» MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş 04 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında yerləşən «X5» MMC-yə məxsus müəssisədə planlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyəti aşkar edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Daxili nəzarət şöbəsinin böyük məsləhətçisi X2 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək «X5» MMC-nin barəsində qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X5» MMC-nin nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolda göstərilənlərlə razı olmadığını bildirərək həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixində “X5" Məhdud Məsuliyyətli Cəmiyyətinə özəl, tibb müəssisəsinin planlı (növbəti) yoxlaması keçirilmiş və 372 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın aşkar edildiyi qeyd olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama və tərtib edilən protokol tam əsassız və qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” AR Qanununa əsasən Azərbaycan Respublikasında Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvar ayının l-dək dayandırılmışdır. Bununla da müvafiq orqanlar tərəfindən sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılmasının qarşısı alınmışdır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilmişdir ki, yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən risk meyarları hazırlanmış, lakin təsdiq edilməmişdir. Hazırlanmış risk meyarlarının isə sonradan təsdiq edilməsi ilə bağlı konkret hüquqi addımlar da atılmamışdır. Məhz hazırda “X5" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan plan üzrə yoxlamalar kobud qanun pozuntusu ilə aparılmışdır və müəssisənin Qanunun 9.8-ci maddəsi barədə məlumatı olmadığı üçün qeyd olunan yoxlamanın aparılmasının dayandırılmasına müdaxilə edə bilməmişdir. Eyni zamanda bildirir ki, tərəflərindən risk meyarları təsdiq edilməsi barədə şifahi qaydada Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət ünvanlanmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən onlara bildirilmişdir ki, sözügedən yoxlamalarla bağlı risk meyarları təsdiq edilməmişdir. Aydındır olur ki, yoxlamalar üzrə risk meyarları təsdiq edilmədiyi üçün yoxlayıcı orqan plan üzrə yoxlama apara bilməzdi və bu əsasla da yoxlama aparılması üzrə tətbiq edilən hüquqi nəticələr (tədbirlər) ləğv edilməldir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materialları ilə «X5» MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Belə ki, 01 avqust 2022-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən «X5» MMC-də planlı (növbəti) yoxlama aparılmasına dair qərar qəbul edilmişdir. Həmin qərara əsasən yoxlama 01 – 05 avqust 2022-ci il tarixlərində aparılmalıdır. Yoxlamanın nəticələrinə dair 04 avqust 2022-ci ildə akt tərtib edilmiş, MMC-nin nümayəndəsi X3 həmin aktı heç bir etiraz bildirmədən imzalamışdır. Bununla yanaşı, 04 avqust 2022-ci ildə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və bu sənəd də MMC-nin nümayəndəsi X3 tərəfindən heç bir etiraz bildirilmədən imzalanmışdır. «X5» MMC tərəfindən inzibati xəta haqqında protokolda göstərilən xətanın törədilməsi halı iş materiallarına əlavə olunmuş digər sənədlərlə də təsdiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X5» MMC-nin nümayəndəsi Vəkil dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən» 01 avqust 2022-ci il tarixli çıxarış əlavə olunub. Həmin çıxarışla müəyyən edilir ki, «X5» MMC-də aparılmalı olan planlı (növbəti) yoxlama ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilmiş, həmin məlumat reyestrdə qeydə alınmışdır. Beləliklə, «X5» MMC-nin nümayəndəsinin müvafiq dəlilləri əsaslı sayıla bilməzlər. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «X5» MMC Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «X5» MMC Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6.000 (altı min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-3120/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3120/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver