Məhkəmə qərarları › İş №3(010)-3124/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3124/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3124/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 10 avqust 2022-ci il tarixdə, təxminən saat 13 radələrində Qaraçuxur qəsəbəsi, “Əfsun” restoranının yaxınlığında mobil telefonla qışqıra qışqıra danışmış, ictimai yerdə olmasına baxmayaraq, nalayiq küçə söyüşləri söymüş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etmiş və hüquqazidd hərəkətlərini dayandırmağı, həmçinin, özünü təqdim etməyi tələb etmiş, lakin N.Abbassov qanunazidd hərəkətlərini davam etdirərək, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa, Şəxs 10 avqust 2022-ci il tarixdə ictimai yerdə söyüş söyərək ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etdiyinə görə barəsində tərtib edilmiş raportun icrası ilə əlaqədar 10 avqust 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gələrkən, onun hərəkətləri, davranışı narkotik vasitə qəbul etməsinə şübhə yaratdığından, müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və alınmış 10 avqust 2022-ci il tarixli, 3153 saylı akta əsasən Şəxs narkotik vasitələr olan Mop (+), Amp (+), THC (+) istifadəçisi olduğu müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis kapitanı Orxan Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 11 avqust 2022ci il tarixli, MN seriyalı, ******* və ******* nömrəli protokollar tərtib edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-3124/2022 nömrəli iş onun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-3125/2022 nömrəli işə birləşdirilərək, bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətaların törətməsində özünü təqsirli bilərək, etdiyi əməllərdən səmimi peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis nəfərlərinin raportundan görünür ki, onlar xx.xx.2022-ci il tarixdə, təxminən saat 13 radələrində inzibati ərazidə xidmət apararkən Qaraçuxur qəsəbəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında mobil telefonla qışqıra qışqıra danışdığını, ictimai yerdə olmasına baxmayaraq nalayiq küçə söyüşləri söydüyünü görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib onun hüquqazidd hərəkətləri dayandırmasını tələb etmişlər, özünü təqdim etməkdən imtina edən şəxs polis əməkdaşları olduqlarını bildikdən sonra da öz hərəkətlərini davam etdirmiş və ünvansız küçə söyüşləri söyməyə davam etmişdir. Bu səbəbdən onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin Şəxs polis bölməsinin həyətinə daxil olarkən əlində olan Samsung markalı mobil telefonu yerə çırparaq sındırmış, qeyri-etik davranışlara yol verərək polis bölməsinin iş rejimini 15 dəqiqə müddətə pozmuşdur. Orada həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixli, 3153 saylı “Sərxoşuluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinə küçirilməsi haqqında” protokoldan görünür ki, sərxoşluq əlamətləri olmadan narkotik və ya digər maddələrin bioloji obyektlərdən müəyyən edilməsi faktı üzrə Şəxs sidiyində MOP (+), AMP (+) və THC (+) marixuana aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxin Amblator X1 haqqında xx.xx.2022-ci il tarixli 4403 saylı rəyindən müəyyən olunur ki, Şəxs Opioidlərin,Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməllərdən səmimi peşman olmasını, ilk dəfə olaraq inzibati xəta törətməsini məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs barəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki,Şəxs xx.xx.2022-ci il tarixdə saat 15.50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində narkomaniyadan məcburi müalicəyə cəlb olunmaqla, məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın bu hissədə icrası və icrasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsinə və Şəxs yaşayış yeri üzrə probasiya qurumuna həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar