Məhkəmə qərarları › İş №3(010)-3125/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3125/2022

11.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3125/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlu, Şəxs, xx xxxxxx 1980-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Orxan Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 avqust 2022- ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Bundan başqa, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Orxan Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 avqust 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə 11 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəasını nəzərə alaraq hesab edir ki, 3(010)-3124/2022 nömrəli iş üzrə inzibati xəta haqqında material məhkəməyə daha əvvəl daxil olduğundan 3(010)-3125/2022 nömrəli iş 3(010)- 3124/2022 nömrəli işə birləşdirilərək bir icraatda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34.2 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-3125/2022 nömrəli iş onun Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair 3(010)-3124/2022 nömrəli işə birləşdirilərək bir icraatda baxılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar