Məhkəmə qərarları › İş №3(010)-3127/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3127/2022

12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3127/2022 12.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi qızınun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibov, X1 və X3, Borclu Şəxs iştirakı ilə, xx.xx.1968-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-6101/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 6530 (altı min beş yü otuz) manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3061/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X5 xeyrinə 9030 (doqquz min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Adil Yusibov göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-6101/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 6530 (altı min beş yü otuz) manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-3061/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X5 xeyrinə 9030 (doqquz min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Sözügedən icra sənədləri şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq, bu barədə iş üzrə borcluya tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya xx.xx.2017-ci il tarixdə rəsmi qaydada təqdim edilmiş, lakin icra sənədinin icrası bu günədək tam təmin edilməmişdir. Tərəfindən Şəxs dəfələrlə icra vərəqələrinin tam icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, borcun ödənilməsi borclu tərəfindən təmin edilməmişdir. Məhkəmədə izahat vermiş borclu Şəxs törətdiyi inzibati xətanı qismən etiraf edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 6101/2017 saylı icra vərəqəsinə əsasən ondan iddiaçı X4 xeyrinə 6530 (altı min beş yü otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Lakin o, məhkəmənin qeyd olunan qətnaməsi ilə razı deyildir, qətnamə qəbul edilərkən, onun təqdim etdiyi dəlillər nəzərə alınmamışdır. Buna baxmayaraq, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş pul vəsaitindən az da olsa bir hissəsini ödəmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3061/2020 saylı icra vərəqəsinə əsasən ondan iddiaçı X5 xeyrinə 9030 (doqquz min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Hazırda maddi vəziyyəti qənaətbəxş olmadığından, borcunu ödəyə bilməmişdir. Borcun ödənilməməsi onun maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat vermiş tələbkar X6 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3061/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı onun xeyrinə 9030 (doqquz min otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Lakin borclu məhkəmə qətnaməsi ilə müəyyyən olunmuş məbləğin az bir hissəsini ödəmişdir. Borclu qeyd olunan məbləği hissə-hissə ödəsə belə, onu qəbul etməyə razıdır. Məhkəmədə izahat vermiş tələbkar X7 bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-6101/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs onun xeyrinə 6530 (altı min beş yü otuz) manat məbləğində pul tutulması qət edilmişdir. Borclunun borcu ödəməkdən yayındığını bildirərək, sonuncu barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 12 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2017-ci il tarixli, 2(010)-6101/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs iddiaçı X4 xeyrinə 6530 (altı min beş yü otuz) manat, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(010)-3061/2020 saylı icra vərəqəsinə əsasən iddiaçı X5 xeyrinə 9030 (doqquz min otuz) manat borcu yaranmışdır. Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən, onun ilk dəfə olaraq inzibati xəta törətdiyini, törətdiyi inzibati xətanı etiraf edərək, peşman olduğunu, qadın olduğunu yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, barəsində inzibati cərimə tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar