Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3141/2024 03.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin polis sahə rəisi, polis mayoru X1 xx xxxxxx 1987-ci ildə Ermənistan Republikası, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Qaradağlı ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, 28 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində 03 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü tam təqsirli bilərək göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat 16-00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşları idarə etdiyi **-LB-*** dövlət qeydiyyat nişanlı Qazel markalı avtomobil ilə dəmir aparan zaman onu saxlamışlar. Polis əməkdaşlarına bildirmişdir ki, avtomobil yüklüdür. Polis əməkdaşları ona avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarına kasıb olmasını, cox cüzi konstruksiya dəyişikliyi etdiyini bildirmişdir. Polis əməkdaşları təkrar olaraq avtomobilin cərimə meydançasına getməli olduğunu bildirdikdə o, polis əməkdaşlarına onların qabırğalarını sındırar demiş həmin zaman polis əməkdaşı onu telefon ilə kameraya çəkmiş, o, da polis əməkdaşlarını telefon ilə kameraya çəkmişdir. Sonra onun avtomobili cərimə meydançasına aparılmış və özünü isə polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığına görə Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparmışlar. Etdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər məhkum olunmadığını və barəsində İXM-nin 535-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmədiyini, polis əməkdaşlarından üzrxahlıq etdiyini və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Şəxs, 28 iyun 2024cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilib təhvil verilmişdir. Polis Şöbəsində Şəxs izahatı alındıqdan sonra onun barəsində 03 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BBPİ, DYPİ-nin YPXA-nın inspektoru, polis serjantı X5 bildirdi ki, 28 iyun 2024-cü il tarixdə saat 16-00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinə məxsus 413 nömrəli xidməti avtomobillə iş yoldaşı V.Osmanlı ilə birlikdə xidmət aparan zaman Bakı şəhəri, Suraxanı rayonu ərazisində **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilmişdir. Sürücüyə yaxınlaşaraq avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişlər. Şəxs polis əməkdaşlarına artıq bezdirmisiz, maşınla polis əməkdaşlarının üzərindən keçmək istəyir, onların qabırğalarını sındırar və başlarına oyun açar demişdir. Sonra hadisə yerinə başqa polis əməkdaşlarını çağırmış və Şəxs Suraxanı RPİ-nin PPXB-nin polis nəfərləri N.Ağayevin və K.İbrahimovun köməkliyi ilə Suraxanı RPİnin 31-ci PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. X5 həmçinin məhkəmədə tədqiq olunması üçün Siracla aralarında baş vermiş münaqişənin səs yazısını təqdim etmiş, həmin səs yazılarından müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BBPİ, DYPİ-nin YPXA-nın əməkdaşlarına maşın ilə üstünüzdən keçərəm demiş, polis əməkdaşının qabırğalarını qıracağını bildirmiş, onlarla kobud rəftar etmiş və qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi və məhkəməyə təqdim olunmuş səs yazısını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 535ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Belə ki, iş materiallarında olan 01 iyul 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, 28 iyun 2024-cü il tarixdə Suraxanı RPİ-nin PPXB-nün əməkdaşları S.Əliyev cərimə meydançasının yanında Yol Patrul Xidməti əməkdaşlarının sürücü ilə mübahisə etdiyini görmüşlər və dərhal müdaxilə edib həmin şəxsi Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparıb raport ilə növbətçi hissəyə təhvil vermişlər. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli raportun məzmunundan müəyyən olunur ki, 28 iyun 2024-cü il tarixdə saat 16-00 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla əmri verilmişdir. Sürücüyə yaxınlaşaraq avtomobildə konstruksiya dəyişikliyi olduğunu bildirərək avtomobilin cərimə meydançasına getməli olduğunu bildirmişlər. Şəxs polis əməkdaşlarına bildirmişdir ki, artıq bezdirmisiz, maşınla polis əməkdaşlarının üzərindən keçmək istəyir, onların qabırğalarını sındırar və başlarına oyun açar demişdir. Sonra Şəxs Suraxanı RPİ-nin PPXB-nün əməkdaşlarının köməkliyi ilə Suraxanı RPİ-nin 31-ci PŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, ilk dəfə törədilməsini, Şəxs şəxsiyyətini, gənc olmasını, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq olunması kifayət edir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 110, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3141/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3141/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver