Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3145/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 həmin şikayət ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə əlaqədar barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı qərar ləğv edilməsi və inzibati işə xitam verilməsi xahiş etmişdir. Məhkəmədə X7 Alış oğlu şikayətini müdafiə etdi və izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17:00 radələrində ona məxsus, etibarnamə ilə idarə etdiyi, “HYUNDAİ TUCSON MİNİK” markalı, ** DQ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yerləşən Binəqədi Rayon Prokurorluğuna gedirdi. Günün həmin (pik) saatlarında, Azadlıq prospektində üzü Binəqədi qəsəbəsi istiqamətində, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının qarşısından Rəsulzadə qəsəbəsində yerləşən dəmir yolu keçidinə (körpüsünə) qədər həddən artıq sıxlıq (hətta tıxac) olduğuna görə məcbur olub 7-ci mikrorayondan keçməklə ara yollarla həyət evlərinin arası ilə hərəkət edərək həmin dəmir yolu körpüsünə 50 metr qalmış birbaşa Azadlıq prospektinə çıxmışdır. Azadlıq prospektinə çıxan zaman onu DYP YPX avtomobilində xidmətdə olan YPX inspektoru saxladı. Küçənin giriş başındakı 3.1 “giriş qadağandır” yol nişanının tələbinə riayət etmədiyini, bu qayda pozuntusunu kameranın (orada kamera var idi) qeydə aldığını dedi. O, həmin nişanı küçənin giriş hissəsində həqiqətən görmədiyini, əgər gördüyü təqdirdə küçəyə girməyəcəyini demişdir. Sonra isə, YPX əməkdaşına kameranın qeydə aldığı təqdirdə elektron qərar (EQ) gələcəyini demiş, əgər inzibati xəta protokolu tərtib ediilməlidirsə, etmələrini və bununla bağlı o da öz izahat və vəsatətini qeyd edəcəyini deyərək qanunun tələblərinə uyğun hərəkət etmələrini xahiş etmişdir. Adını bilmədiyi (İXP-ni aldıqdan sonra adının X3 olduğunu bilmişdir) YPX inspektoru isə ona yoluna davam etməyini, kamera qeydinə əsasən elektron qərar (EQ) tərtib ediləcəyini dedi. Bu cür dedikdən sonra o, oranı tərk etmişdir. Ancaq polis əməkdaşı onu aldatmış, heç bir EQ tərtib edilməmiş, əksinə YPX inspektou tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, beləliklə, YPX inspektoru İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələrini (İXM, maddə 122.5) pozmuşdur. Qeyd edilənlərdən aydın olur ki, həm inzibati xəta xaqqında protokolun (İXP 6276230) tərtib edilməsi və həm də inzibati xəta haqqında işə baxılaraq inzibati tənbeh vermə haqqında qərarın (TP 6501720) qəbul edilməsi onun iştirakı olmadan həyata keçirildiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 61.3-cü maddəsinin tələbləri pozulub. Buna görə də inzibati tənbeh vermə haqqında qərar (TP 6501720) ləğv edilməlidir. Odur ki, Bakı şəhəri Binəqədi RPİ DYPŞ-nin YPX inspektoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə əlaqədar barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsi və inzibati işə xitam verilməsi xahiş etmişdir. Binəqədi Rayon Dövlət X11 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Binəqədi Rayonu Dövlət X9 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçinin izahatını dinləyib hesab edir ki, şikayət təmin olunması üçün əsaslıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 23 may 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan görünür ki, X5 istifadəsində olan “HYUNDAİ TUCSON” minik markalı **- DQ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Azadlıq Prospekti (Rəsulzadə), 22 küçəsində hərəkətdə olarkən “Giriş qadağandır” yol nişanının tələbləri pozulması müəyyən edilmişdir. Göründüyü kimi, X5 barəsində sola və ya geriyə dönmə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 327.2-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə işin faktiki halları arasında uyğunsuzluqlar yaranmışdır. Belə ki, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs həmçinni bildirmişdir ki, protokol onun xəbər olmadan tərtib edilmiş, surəti ona təqdim ounmamış, protokolla tanış olunmamışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdird təqsirin mövcud olub-olmadığıı müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM- nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir.Bunda əlavə tərtib edilmiş protokolun predmeti olan inzibati xətanın X8 tərəfindən törədilməsini təsdiq edən hər hansı foto və yaxud videogöbrüntü təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə həmçinin hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Dövlət X9 inzibati tənbeh vermə haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərar qəbul edilsə belə, həmin inzibati xətaya dair foto və yaxud video materiallar əlavə edilməmişdir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi və iş materiallarında şəxsin inzibati xəta törətməsinə dair video-görüntü mövcud olmadığı üçün mübahisəli protokol və onun əsasında qəbul edilmiş qərar ləğv edilməli, həmin əməlin törədilməsində şəxs təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Dövlət Yol Polis X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsinə dair İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş 23 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3145/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3145/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver