Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3162/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, tələbkar X2, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Əliyevin iştirakı ilə, Şəxs, xx xxxx 1973-cü ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləyən, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, 114 nömrəli evdə qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Hacıski küçəsi, 40/67-məhəllə, 100 nömrəli evin, 11 nömrəli mənzilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 18 iyul 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Əliyev tərəfindən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli qətnaməsinə dair 25 yanvar 2010-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Vüsal Əliyev məhkəmədə bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli ilə cavabdehlər X1 10000 (on min) ABŞ dolları, Şəxs isə 20000 (iyirmi min) ABŞ dolları manatın məzənnəsi ilə tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. Borclunun hazırda 8286 ABŞ dollar borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmənin 14 avqust 2023-cü il tarixli iclasında borclu Şəxs izahatında tələbkarın hazırda istədiyi 2000 manat məbləğində pulunun olmadığını, ümumiyyətlə bankdan qohumlarının adına pul götürəcəyini, lakin hec cürə götürə bilmədiyini, heç kimdən borc ala bilmədiyini, daha əvvəl 2000 manatı borc alıb-verdiyini, o borcu hələ verə bilmədiyini, 500 manat vaxt verilsə, ödəməyə çalışacağını bildirmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 500 manat məbləğində pulu tələbkara ödəmək üçün həmin məbləği gətirmiş, bundan sonra da mütəmadi olaraq ödənişlər edə biləcəyini məhkəmənin nəzərinə çatdıraraq, inzibati protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 14 avqust 2023-cü il tarixli iclasında tələbkar X4 izahatında borculunun 2000 manat məbləğində pulu ödəməsi təqdirində ona borcun qaytarılması üçün 8 ay vaxt verə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında borclunun borcundan 10000 manat ödədiyi təqdirdə həmin borcdan geri qalanını tələb etməyəcəyini, hazırda ödənilmiş olan 500 manat pulu qəbul etdiyini, borclu barəsində hansı qərarın qəbul edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan icra vərəqəsinə əsasən, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli ilə cavabdehlər X1 10000 (on min) ABŞ dolları, Şəxs isə 20000 (iyirmi min) ABŞ dolları manatın məzənnəsi ilə tutularaq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. 18 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 2(010)- 2345/2009 nömrəli qətnaməsinə dair 25 yanvar 2010-cu il tarixli icra sənədinə dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli akta əsasən, məhkəmə iclasında borclu Şəxs tələbkar X2 xeyrinə 500 manat məbləğində pulu ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009cu il tarixli, 2(010)-2345/2009 nömrəli qətnaməsinə dair 25 yanvar 2010-cu il tarixli icra sənədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X2 xeyrinə 500 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, bundan əlavə onun əmək haqqısına yönəltmə edildiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2009-cu il tarixli, 2(010)-2345/2009 nömrəli qətnaməsinə dair 25 yanvar 2010-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3162/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3162/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver