Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3167/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X18 iştirakı ilə, xx.xx.1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, ali təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bərdə rayon, Şörəli qəsəbəsi, nömrəsiz ev ünvanında yaşayan, Şəxs barəsində Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. Məhkəmə iclasında Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X24 protokolda göstərilənlərə uyğun izahat verərək, Tərtər Rayon Məhkəməsinin 1(61)- 45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı 24250 manat məbləğində pul təqsirləndirilən şəxs Şəxs tutularaq 2000 manat X10, 2550 manatı X19, 5600 manatı X7, 2000 manatı X13, 2000 manatı X4, 3000 manatı X2, 600 manatı X14, 2650 manatı X20 və 3850 manatı X21 ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon icra şöbəsindən aidiyyəti üzrə Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs xx.xx.2019-cu il tarixdə icra sənədi və qərar-bildirişlə şəxsən tanış olmuş və qəbul etmişdir. Borclu Şəxs uzun müddət həbsdə olduğunu, hal-hazırda da işsiz olduğunu bildirərək borcu ödəmək imkanının olmadığını izahatında qeyd etmişdir. Borclu Şəxs barəsində xx.xx.2020-ci tarixdə inzibati protokol tərtib olunaraq Suraxanı rayon məhkəməsinə verilmiş, borclu borcu ödəməsi üçün vaxt verilmiş, lakin borclu verilən müddət ərzində borcu ödəməmiş, eyni zamanda məhkəmə iclasına gəlməmişdir. Nəticədə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Borclu Şəxs barəsində axtarış qərarı qəbul olunaraq müvafiq polis idarəsinə göndərilmişdir. Hal-hazırda borclu axtarışla polis tərəfindən şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Borcdan cəmi 700 manat ödəniş olunmuşdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddələrini rəhbər tutaraq ünvan 4 ünvanında yaşayan Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında uzun müddət işsiz olduğunu lakin, hazırda işlədiyini və 521 manat məbləğində pulu tələbkara ödədiyini bildirmiş, barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsi tələbinə dair icra sənədinə əsasən iş üzrə X8, X15, X6, X11, X3, X1, X12, X16 və X17 mülki iddiası təmin olunması, 24250 manat məbləğində pul təqsirləndirilən şəxs Şəxs tutularaq 2000 manat X10, 2550 manatı X19, 5600 manatı X7, 2000 manatı X13, 2000 manatı X4, 3000 manatı X2, 600 manatı X14, 2650 manatı X20 və 3850 manatı X21 ödənilməsi qərara edilmişdir. İş materiallarında olan İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və Tərtər Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. MN seriyalı ******* nömrəli, 18 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmir. İş materiallarında olan 18 iyul 2023-cü il tarixili və 07 avqust 2023-cü il tarixli qəbzlərə əsasən, Şəxs 521 manat məbləğində pulu tələbkar X7 ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Tərtər Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014cü il tarixli icra sənədinin icrası üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X6 xeyrinə 521 manat ödədiyini nəzərə alaraq hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Tərtər Rayon Məhkəməsinin 1(61)-45/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-3167/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3167/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver