Məhkəmə qərarları › İş №3(010)-317/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-317/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-317/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən ona İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokolu əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə və şikayətçinin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32- ci Polis Bölməsinin əməkdaşı Rəşad Əliyev tərəfindən xx.xx.2021- ci il tarixdə saat 09.40 radələrində tərtib etdiyi EXP ******* saylı protokola əsasən o, Qaraçuxur qəsəbəsi, Respublika paytaxtı küçəsində xx.xx.2021- ci il tarixdə səhər saat 6.12- də guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin protokola əsasən 32- ci Polis Bölməsinin əməkdaşı Rəşad Əliyev 17 dekabr 2021- ci il tarixdə saat 14.55- də EPQ ******* saylı qərar qəbul etmiş, həmin qərara əsasən xx.xx.2021- ci il tarixdə tərtib edilmiş protokola əsasən o, AR İXM-nin 211.3-cü maddəsi ilə təqsirli bilinib, 200 manat cərimə edilmişdir. Protokol 30 sentyabr tarixində, qərar isə 17 dekabr tarixində qəbul edilmişdir. İzahatı protokolda qeyd edilməmiş, hüquq və vəzifələri ona izah edilməmişdir. İnzibati xətaya da yol verməmişdir. Suraxanı rayon Polis İdarəsinin əməkdaşı bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, bildirir ki, Qaraçuxur qəsəbəsində ərazi üzrə Suraxanı rayon Polis İdarəsinin sahə müvəkkili X9 o, açıq havada küçədə dayandığı vaxtı, ona yaxınlaşaraq, “Covid” pasportunun olubolmamasını yoxlamaq məqsədi ilə şəxsiyyət vəsiqənİN təqdim etməyini tələb etmiş, o da polis əməkdaşına şəxsiyyət vəsiqəni təqdim edərək, “Covid” pasportunun olmasını bildirmişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqəmin seriya və nömrəsini sistemə vurmuş, həqiqiqətən də vaksin olunmağına dair məlumat verilmişdir. Polis əməkdaşı pasportunun olması təsdiq etmiş və çıxıb getmişdir. Növbəti dəfə xx.xx.2021- ci il tarixdə səhər vaxtı Qaraçuxur qəsəbəsində açıq havada olduğu zaman Suraxanı rayon Polis İdarəsinin əməkdaşı, sahə müvəkkili, yəni elə həmin şəxs X9 ona yaxınlaşaraq, “Covid’ pasportunun olub- olmamasını yoxlamaq məqsədi ilə şəxsiyyət vəsiqəni təqdim etməyini tələb etmiş, o da həmin polis əməkdaşına şəxsiyyət vəsiqəsini təqdim edərək, “Covid” pasportunun olmasını bildirmişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini sistemə vurmuş, həqiqiqətən də vaksinasiya olunmağı sistemdə təsdiq edilmişdir. Hətta o, bu polis əməkdaşına bundan əvvəl də onun vaksinasiya olunmağını yoxlamasını bildirmişdir. Dekabr ayının 30-da DYP cərimələrini ödəmək istəyərkən, sistemə daxil oldu. Bu zaman yuxarıda qeyd etdiyi protokol seriyalarına rast gəldi, maraqlandıqda ona məlum oldu ki, polis əməkdaşı Rəşad Əliyev guya onun “Covid” pasportunun olmaması, karantin qaydalarını pozmağı səbəbindən iki dəfə keçirdiyi yoxlama nəticəsində onu inzibati məsuliyyətə cəlb etmiş, bunun nəticəsində ona cərimə cəzası təyin edilmişdir. Bildirir ki, o, xx.xx.2021- ci il tarixdə ilk doza vaksinini, 2- ci doza vaksini isə xx.xx.2021-ci il tarixdə vurdurmuşdur. Bu faktı təsdiq edən sənədi mövcuddur. Göründüyü kimi, polis əməkdaşı onu yoxlayarkən hətta 2 - ci doza vaksini belə vurulmuş, vurulmuş 2- ci vaksin dozasından 6 ay belə hələ keçməmişdir. Polis əməkdaşının qəbul etdiyi qərarlar göründüyü kimi tam qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi, o, iki dəfə AR İXM-nin 211- ci maddəsi ilə təqsirli bilinib, barəsində cəza tətbiq edilsə də, Qanunun həmin tələblərinin pozulmasına onun tərəfindən yol verilməmişdir. Bununla bağlı, Suraxanı Polis İdarəsinin həmin əməkdaşı ilə əlaqə yaratmış və ona iradını bildirmişdir. Protokolu tərtib edən şəxs ona bildirdi ki, texniki səhv olmuşdur, qərarı ləğv edəcəkdir, tez bir zamanda səhvini düzəldəcəkdir və sair. Lakin buna baxmayaraq, həmin polis əməkdaşı hər hansı bir addım atmamış, etdiyi yanlışlığı aradan qaldırmamışdır. Bunun nəticəsində əsassız olaraq o, 2 dəfə inzibati cəzaya məruz qalmışdır. Halbu ki, onun əməlində inzibati xətanın əlamətləri olmamışdır. Burada polis əməkdaşı iki qanunsuz əmələ yol vermişdir. 1- ci Polis əməkdaşı əslində açıq havada onu yoxlamalı deyildi, 2- ci qanunsuz hərəkəti isə ondan ibarət olmuşdur ki, barəsində tərtib edilmiş protokol və qərarlar tam əsassız olmuşdur. Onun əməlində hər hansı inzibati xəta tərkibi olmamışdır. Həmin vaxtı onun vaksin paportu olmuşdur. Polis əməkdaşı yoxlamış və həqiqətən də vaksinasiya olunmağını təsdiq etmişdir. Qərar və protokol ona polis əməkdaşı tərəfindən təqdim edilməmişdir. O, dekabr ayının sonunda bilən kimi Polis İdarəsinə rəsmi məktubla müraciət etmişdir. Polis idarəsindən rəsmi qaydada mübahisələndirdiyim protokol və qərarı 08 fevral 202- ci il tarixdə almışdır. Birinci qərarı və protookolu isə hələ almamışdır. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən cərimə tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokolu əsasında qəbul edilmiş EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X3 rayonu, Qaraçuxur qəsəbəsi, paytaxt küçəsində xx.xx.2021-ci il tarixdə Covid pasportunun olmamasına görə İXM-in 211.3-cü maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən Epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Qeyd edilən EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.3cü maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı Şəhər Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri- müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X8 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 211.3-cü maddəsi ilə Bakı şəhəri Suraxanı rayonu Polis İdarəsinin 32-ci Polis Bölməsinin EPQ ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar