Məhkəmə qərarları › İş №3(010)-3178/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3178/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3178/2024 04.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X6 və yetkinlik yaşına çatmayan Şəxs qanuni nümayəndəsi Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluğ və Himayəçilik Komissiyasının səlahiyyətli nümayəndəsi X8 iştirakları ilə, xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsində qeydiyyatda olan Yetkinlik yaşına çatmayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Şahsuvarov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqla sərxoş halda 30-cu polis şöbəsində iş rejimini kobud şəkildə pozmaqla xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 04 iyul 2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə tanışları Nazəndə və Aytac ilə sərxoş vəziyyətdə Suraxanı RPİ-nin 30-cu PŞ-də ictimai qaydanı pozmuşlar və polis əməkdaşlarına qarşı tabesizlik göstərmişdir. Sonda Şəxs əməlindən peşman olmasını bildirərək barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X10 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 05:45 radələrində iki nəfər vətəndaş (xanım) PŞ-nə yaxınlaşaraq DİN-nin 102 Xidmətinə müraciət etməsini, tanımadığı şəxslə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən "SantaFe" restoranında yeyib-içdikdən sonra, qeyd edilən ünvanda həmin şəxs tərəfindən döyülməsini əsas gətirərək onu döyən şəxsin həmin dəqiqə cəzalanmasını tələb etmişdir. Daha sonra həmin vətəndaşlara Xəzər RPİ-nin 1-ci PŞ-dən telefon əlaqəsi saxlanılaraq məlumatla əlaqədar ərizə və izahatının alınması üçün Xəzər RPİ-si tərəfindən Xəzər RPİnin 1-ci PŞ-nə dəvət edilsələr də, Şəxs, X1 olduğu üçün polisin çağırışına məhəl qoymayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-də ucadan səs küy salmışdılar. Daha sonra başqa bir xanım PŞ-nə yaxınlaşaraq həmin şəxslərdən birinin bacısı olmasını bildirib, səbəb bildirmədən polisin ünvanına nalayiq ifadələr işlədərək, hüquq pozmalarına son qoymamış, təxminən 1 saat NH-nin iş rejimini kobud şəkildə pozmuşdur. Həmin şəxsin Şəxs olması və Nazəndənin bacısı olması müəyyən edilmişdir. Bundan əlavə Şəxs, X9 və X3 Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələbinə tabe olması, PŞ-nin inzibati binasında daxili qaydalara riayət etməsi izah edilsə də Şəxs, X9 və X7 polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nalayiq ifadələr işlətməyə davam etmişlər. Əlavə olaraq aparılmış ilkin araşdırma zamanı Şəxs, X9 və X2 valideynlərinin olmaması, yüngül həyat tərzləri keçirmələri müəyyən edilmişdir. Dəfələrlə Şəxs, X9 və X3 araşdırma dövrünü gözləməsi izah edilsə də onlar dövlət qurumlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, PŞ-nin çöl qapısını təpiklə vurmuş, hər iki vətəndaş PŞ-dən kənara çəkildikdən sonra X7 isə PŞ-nin yaxınlığında şüşə parçası ilə qol nahiyələrinə yüngül xəsarət yetirib, PŞ-nə yenidən geri qayıtmışdılar. Onlar həmçinin sərxoşluq müayinəsi ilə bağlı polis əməkdaşları tərəfindən aparılan zaman polis avtomobilinin salonunda qapı və pəncərələrinə təpiklə zərbələr vurmuşdur. Buna görə də 04 iyul 2024cü il tarixdə Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXMnin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi, polis polkovnik-leytenantı X5 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 05:45 radələrində iki nəfər vətəndaş (xanım) PŞnə yaxınlaşaraq DİN-nin 102 Xidmətinə müraciət etməsini, tanımadığı şəxslə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən "SantaFe" restoranında yeyib-içdikdən sonra, qeyd edilən ünvanda həmin şəxs tərəfindən döyülməsini əsas gətirərək onu döyən şəxsin həmin dəqiqə cəzalanmasını tələb etmişdir. Daha sonra həmin vətəndaşlara Xəzər RPİnin 1-ci PŞ-dən telefon əlaqəsi saxlanılaraq məlumatla əlaqədar ərizə və izahatının alınması üçün Xəzər RPİ-si tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilsələr də, Şəxs, X1 olduğu üçün polisin çağırışına məhəl qoymayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-də ucadan səs küy salmışdılar. Daha sonra başqa bir xanım PŞ-nə yaxınlaşaraq həmin şəxslərdən birinin bacısı olmasını bildirib, səbəb bildirmədən polisin ünvanına nalayiq ifadələr işlədərək, hüquq pozmalarına son qoymamış, təxminən 1 saat NH-nin iş rejimini kobud şəkildə pozmuşdur. Həmin şəxsin Şəxs olması və Aytacın bacısı olması müəyyən edilmişdir. Bundan əlavə Şəxs, X9 və X3 Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələbinə tabe olması, PŞ-nin inzibati binasında daxili qaydalara riayət etməsi izah edilsə də Şəxs, X9 və X7 polisin qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nalayiq ifadələr işlətməyə davam etmişlər. Əlavə olaraq aparılmış ilkin araşdırma zamanı Şəxs, X9 və X2 valideynlərinin olmaması, yüngül həyat tərzləri keçirmələri müəyyən edilmişdir. Dəfələrlə Şəxs, X9 və X3 araşdırma dövrünü gözləməsi izah edilsə də onlar dövlət qurumlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, PŞ-nin çöl qapısını təpiklə vurmuş, hər iki vətəndaş PŞ-dən kənara çəkildikdən sonra vətəndaş X7 isə PŞ-nin yaxınlığında şüşə parçası ilə qol nahiyələrinə yüngül xəsarət yetirib, PŞ-nə yenidən geri qayıtmışdılar. Onlar həmçinin sərxoşluq müayinəsi ilə bağlı polis əməkdaşları tərəfindən aparılan zaman polis avtomobilinin salonunda qapı və pəncərələrinə təpiklə zərbələr vurmuşdur. Buna görə də 04 iyul 2024-cü il tarixdə Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş 04 iyul 2024-cü tarixli raportun məzmunundan görünür ki, xx.xx.2024-ci il tarixdə saat 04:50 radələrində Şəxs, X9 və X4 30-cu PŞ-nin qarşısında sərxoş halda iş rejmini kobud şəkildə pozduqlarına görə tərəflərindən sərxoşluq dərəcələrinin müayinə edilməsi məqsədi ilə PŞ-nin N/H avtopatrulu ilə aparılarkən yolda polisin ünvanına nalayiq ifadələr, hədə-qorxu gələrək avtomaşının içərisini təpiklə vurmuşlar. İş materiallarına əlavə edilmiş 04 iyul 2024-cü il tarixli raportun məzmunundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:45 radələrində PŞ-də məsul növbətçi əvəzi xidmətdə olarkən iki nəfər vətəndaş (xanım) PŞ-nə yaxınlaşaraq DİN-in 102 Xidmətinə müraciət etməsini, tanımadığı şəxslə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən "SantaFe" restoranında yeyib-içdikdən sonra, qeyd edilən ünvanda həmin şəxs tərəfindən döyülməsini əsas gətirərək onu döyən şəxsin həmin dəqiqə cəzalanmasını tələb etmişdir. Daha sonra həmin vətəndaşlarla Xəzər RPİ-nin 1-ci PŞ-dən telefon əlaqəsi saxlanılaraq məlumatla əlaqədar ərizə və izahatının alınması üçün Xəzər RPİ-si tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət edilsələr də, Şəxs, X1 olduğu üçün polisin çağırışına məhəl qoymayaraq Suraxanı RPİ-nin 30-cu PŞ-də ucadan səs-küy salmışdılar. Daha sonra başqa bir qadın PŞ-nə yaxınlaşaraq həmin şəxslərdən birinin bacısı olmasını bildirib, səbəb bildirmədən polisin ünvanına nalayiq ifadələr işlədərək, hüquq pozmalarına son qoymamış, təxminən 1 saat NH-nin iş rejimini kobud şəkildə pozmuşdur. Bundan əlavə Şəxs, X9 və X3 Azərbaycan Respublikasının qanun çərçivəsində müraciət etmək hüququnun olması, ictimai asayişi pozmaması, polisin qanuni tələbinə tabe olması, PŞ-nin daxili qaydalarına riayət etməsi izah edilsə də Şəxs, X9 və X7 polisin qanuni əmrinə tabe olmayaraq polis əməkdaşlarının barəsində nalayiq ifadələr işlətməyə davam etmişlər. Əlavə olaraq aparılmış ilkin araşdırma zamanı Şəxs, X9 və X2 valideynlərinin olmamasını, yüngül həyat tərzi keçirmələri müəyyən edilmişdir. Dəfələrlə Şəxs, X9 və X3 araşdırma dövrünü gözləməsi izah edilsə də hər iki vətəndaş dövlət qurumlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş, PŞ-nin çöl qapısını təpiklə vurmuş, hər iki vətəndaş PŞdən kənara çəkildikdən sonra X7 isə PŞ-nin yaxınlığında şüşə parçası ilə qol nahiyələrinə yüngül xəsarət yetirib, PŞ-nə yenidən geri qayıtmışlar. İş materiallarına olan xx.xx.2024-cü il tarixli, № 1/6007 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA № 021346 nömrəli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 04 iyul 2024-cü il tarixdə, saat 08:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510 və 535-ci maddələri ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar İXM-nin 32.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi olmuşdur. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal İXM-nin 33.1.5 və 33.1.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və onun barəsində daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 30.2-ci maddəsinə əsasən Şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan onun barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbehin tətbiqi kifayət edir və inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsində qeydiyyatda olan yetkinlikl yaşına çatmayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar