Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3203/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs nümayəndəsi-direktoru X1 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 31 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon X6 Şöbəsi tərəfindən təqdim edilmiş 31 may 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Suraxanı rayon X6 Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «TOYOTA RAV-4 HİBRİD MİNİK» markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinə verməmişdir. Buna görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon X6 Şöbəsinin polis polkovnik-leytenantı Məmməd Əliyev tərəfindən 31 may 2024-cü il tarixli, İXM-nin 347-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. 18 iyul 2024-cü il tarixli məhkəmə iclasında Şəxs nümayəndəsi, direktoru X2 iştirak etmiş və izahatında bildirmişdir ki, TOYOTA RAV-4 HİBRİD markalı, ** YD *** dövlət qeydiyyatlı nəqliyyat vasitəsinin idarəetmə hüququnu etibarnamə əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Emin Qəhrəmanova vermişdir. xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində Suraxanı rayon X6 Şöbəsinin sorğularına 2 dəfə rəsmi cavab verməyinə baxmayaraq, xx.xx.2024-cü il tarixində yenidən DYPŞ tərəfindən sorğu göndərilmiş, lakin həmin sorğuya tərəfindən cavab verilməmişdir. xx.xx.2024-cü il tarixində İXM-nin 327.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətdikdən sonra Emin Qəhrəmanova etibarnamə verdiyi üçün nəqliyyat vasitəsinin onun tərəfindən idarə olunduğu Suraxanı rayon X6 Şöbəsinin əməkdaşlarına məlum idi. DYPŞ-nin 15 may 2024-cü il tarixli sorğusu Smart Telecom MMC-nin hüquqi ünvanı ünvan 1cü il tarixdə həqiqətən də çatmış, həmin sorğu Salmanova soyadlı qohumu tərəfindən imzalanaraq qəbul edilmişdir. Qeyd olunan sorğu ilə bağlı Suraxanı DYPŞ-nə məlumat verməmiş, buna görə də DYPŞ-nin əməkdaşları tərəfindən İXM-nin 347-ci maddəsi ilə inzibati protokol tərtib etmişlər. Odur ki, yuxarıda qeyd etdiklərini və Suraxanı rayon X6 idarəsinə nəqliyyat vasitəsinin onun istifadəsində olmasına dair dəfələrlə məlumat verməsini nəzərə alaraq, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə və Şəxsnə növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinin və Şəxs nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinin sorğu məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinə «TOYOTA RAV-4 HİBRİD MİNİK» markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxsndən tələb olunmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinin sorğu məktubu xx.xx.2024-ci il tarixdə Şəxsnə çatdırılmış və “Salmanova” soyadlı şəxs tərəfindən imza olunmaqla qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinin polis polkovnik-leytenantı X3 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 31 may 2024-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «TOYOTA RAV-4 HİBRİD MİNİK» markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin X6i Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına X2 tərəfindən təqdim edilmiş etibarnamədən görünür ki, Emin Qəhrəmanova «TOYOTA RAV-4 HİBRİD MİNİK» markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürmək üçün vermiş, lakin etibarnamədən görünür ki, Emin Qəhrəmanov xx.xx.2024-cü il tarixdə sürücülük vəsiqəsi almışdır. Göründüyü kimi inzibati xətanın törədildiyi vaxt yəni, xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini Emin Qəhrəmanovun sürücülük vəsiqəsi olmadığına görə idarəetmə hüququ olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxsnə mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu Şəxs tərəfindən qəbul olunmuş, lakin səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində tələb olunan məlumat verilməmişdir. Bununla da, hüquqi şəxs Şəxs İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 22.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1- 22.1.3-cü yəni xəbərdarlıq, inzibati cərimə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi inzibati tənbeh növləri tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 22, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 2 ünvanında qeydiyyatda olan, VÖEN **********, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Suraxanı rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-3203/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3203/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver