Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-322/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxxxx 2021-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilmişdir. Bu qərar İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. Təqdim olunmuş şikayətə həmçinin X4 adlı şəxs barəsində xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı 09950009 nömrəli inzibati xəta haqqında protokolun surəti əlavə edilib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Yuxarıda qeyd olunduğu kimi, TP seriyalı ******* nömrəli qərar xx xxxxxx 2021-ci ildə qəbul edilib. Şikayət isə məhkəməyə xx xxxxxx 2021-ci ildə təqdim edilmişdir. Beləliklə, X3 Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan şikayət verilməsi müddətinin buraxılması icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı qeyd olunur ki, X4 adlı şəxs barəsində xx xxxxxx 2021-ci ildə tərtib edilmiş MN seriyalı 09950009 nömrəli inzibati xəta haqqında protokolun X2 nə kimi aidiyyətinin olması halı təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-322/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-322/2021
11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver