Məhkəmə qərarları › İş №3(010)-322/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-322/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-322/2022 03.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsindan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 07 fevral 2022-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi ünvanında yerləşən "xxxx" marketdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulması aşkar edilmişdir. Bu əməli ilə Şəxs MMC İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Buna görə 07 fevral 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsina məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X6 məhkəməyə ünvanladığı etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası İqtisadi Nazirliyi xanında Döxlət Vergi Xidməti. Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən 07.02.2022-ci il tarixdə "xxxx" MMC barədə İXM-nin 21 1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 07.02.2022-ci il tarixli. MN ******* saylı protokol tərtib edilib.Protokola əsasən "ANC GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əhalinin Sanitariya-Gigiyena və Sanitariya-X1 İnzibati Xəta törətdiyini və İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə məsuliyyəti göstərilib. Protokolda göstərilib ki. "ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid olan və Bakı şəhəri. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massixi ünvanında yerləşən "Rahat“ X5 Cəmiyyətinin əməkdaşı maska olmadan xidmət göstərin işdir. Hesab edir ki, Şəxs-un inzibati xəta törətməsinə dair sübutlar kifayət deyil və yaranmış ziddiyətli məqamlar Şəxs xeyrinə hesablanmalıdır. Hesab edir ki, aydınlıq gəlirilməmiş ziddiyətli məqamlarla Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyətlər hər bir halda İXM-nin 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll olunmalıdır. Belə ki, İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll olunması müəyyən olunub. Əməlin inzibati xəta hesab olunması üçün İXM-də müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalı yəni həmin əməllə İXM ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı və inzibati məsuliyvətə səbəb olmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.l.ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş aparılan şəxsin təqsiri bu məcəllədə nəzərdə tutulmuş şəkildə sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll olunur.İnzibati məsuliyyətin yaranmasına dair İXM-nin müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibatı mosuluyyəti yalnız İXM-nin 18-ci maddəsi ilə miiəyşən olunmuşdur.Beləliklə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə İXM-nin 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibatı məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxslərin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun.Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bır pozumu İXM-nin inzibati məsluyyətinə səbəb olmur, yalnız o inzibali xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması iiçüıı törədilmiş olsun.Lakin belə əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır.Belə ki, işçinin ləıxli qoruyucu vasitələrdən istifadə etməməklə xidmət göstərməsi nəticəsində hüquqi şəxsin xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması ümumiyyətlə göstərilmir.İşçi maska taxmayıb xidmət göstərisə işçinin belə formada xidmətindən hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hiiquqı şəxsin hansısa marağı işçinin maska taxmadan fəaliyyət göstərməsi ilə qorunmur. Belə ki. işçinin maska taxıb xidmət göstərməsi ilə maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur. Bununla da işçi maska taxmadan fəaliyyət göstərisə. bu hal məhz həmin işçinin özünün məsuliyyətinə səbəb ola bilər. İşçinin belə bir inzibati xətası nəticəsində isə hüquqi şəxs hər hansı bir fərqli əlavə xeyir əldə etmir və ya bu inzibati xəta ilə onun maraqları qorunmuş olmur. Bu inzibati xəta hüquqi şəxsin xeyrinə törədilmiş olmur.Beləliklə işçinin məhz fərdi qoruyucu vasitələrdən istifadə etməməklə xidmət uöstərməsi ilə işçinin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xevrinə və va onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən 07 fevral 2022-ci il tarixdə "xxxx" MMC' barədə İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 07 fevral 2022-ci il tarixli MN 08 75823 saylı protokolun ləğv olunması v ə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan protokoldan görünür ki, 07 fevral 2022-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi ünvanında yerləşən "xxxx" marketdə işçilər qoruyucu tibbi maskadan istifadə etməmiş, bununlada Şəxs MMC tərəfindən sanitar-gigiyena və karantin rejimi qaydaları pozulmuşdur. İş materiallarına əlavə edilmiş 07 fevral 2022-ci il tarixli Aktdan və fotodan görünür ki, 07 fevral 2022-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B massivi ünvanında yerləşən "xxxx" marketdə işçi X7 market daxilində qoruyucu tibbi maskadan istifadə etməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; -gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X6 məhkəməyə ünvanladığı etiraz ərizəsinə münasibətdə qeyd edir ki, Şəxs tərəfindən “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli Qərarına müvafiq olaraq koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti və sair fəaliyyət sahələrində xüsusi sanitar rejim tətbiq edilir. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.2020-ci il tarixli 189 saylı Qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; açıq sahəli ofislərdə və istehsalat yerlərində; tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və tibb müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs İXM-nin 211.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1.200 (min iki yüz) məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar