Məhkəmə qərarları › İş №3(010)-3229/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3229/2022

22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3229/2022 22.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Astara rayonunun Qapçiməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 20 avqust 2022-ci il tarixdə, saat 23.30-da Suraxanı rayonu, Hövsan qəsəbəsinin Beton yolunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilməyərək, izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə ad günü məclisindən çıxaraq, sərxoş vəziyyətdə özünə məxsus **-CS-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilə əyləşərək hərəkətə başlamış, təxminən saat 23.30 radələrində Suraxanı rayonunun Beton yolun yaxınlığında hərəkətdə olarkən, YPX əməkdaşlarının saxlamaq əmrinə tabe olmayaraq, hərəkətini davam etdirmiş, bir müddət hərəkət etdikdən sonra polis əməkdaşları onu saxlamışlar. 4 nəfər polis əməkdaşı onu polis maşınına otuzdurmağa çalışmış, lakin o, sonuncuların əlindən çıxmağa cəhd göstərmiş, ola bilər ki, bu zaman qeyri-ixtiyari olaraq polis əməkdaşının birinin göz nahiyəsinə xəsarət yetirmişdir. Daha sonra onu polis maşınına mindirmişlər, bir müddət sonra isə əraziyə gələn Post Patrul Xidməti maşnı ilə bölməyə aparmışlar. Onun polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaq niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayı yol patrul xidməti inspektoru, polis serjantı X2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 23.30 radələrində Suraxanı rayonunun Zığ şossesində xidmətdə olarkən, **-CS-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlama işarəsi verilmiş, sürücü qanuni saxlama tələbinə məhəl qoymayaraq, yüksək sürətlə hərəkətini davam etdirmiş və davamlı olaraq manevr qaydalarını pozmağa başlamış, bir neçə dəqiqədən qeyd olunan avtomaşın saxlanılmış, saxlanılan zaman sürücü qanunsuz əməllərini davam etdirərək, məsuliyyədən yayınmış, qanuni tələblərə riayət edilməsi ilə bağlı müraciətlərə məhəl qoymamış, onun yanında xidmətdə olan digər polis əməkdaşı, hal-hazırda Covid 19 xəstəliyi ilə bağlı karantində olan polis baş serjantı X1 göz nahiyəsinə zərbə endirərək, sonuncuya xəsarət yetirmiş, adını sonradan müəyyən edildiyi bu şəxsi, yəni Şəxs böyük çətinliklə polis maşınına mindirmişlər. Polis avtomaşınında Şəxs öz qanunsuz hərəkətlərini davam etdirərək, onları hədələmiş, onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, avtomaşından çıxaraq, qaçmağa cəhd etmişdir. Bu səbəbdən polis əməkaşları tərəfindən hadisə yerinə PPX əməkdaşları çağrılmış və sonuncuların köməyi ilə Şəxs 30-cu PŞ-nə aparılmışdır. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib olunmuş 22 avqust 2022-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında protokolu ilə, həmçinin şahid ifadəsi ilə tam sübuta yetdiyindən, o, bu maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilməsə də, məhkəmə onun ifadəsinə tənqidi yanaşır. Belə ki, iş materiallarından, şahid ifadəsindən, Şəxs özünün ifadəsindən də onun İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olur. Həmçinin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokolundan müəyyən olunur ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 02:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2022ci il tarixli 2/27758 saylı aktın surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu aşkar edilmişdir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halların olmamasını, inzibati xətanı sərxoş vəziyytində törədilməsini məsuliyyəti ağırlaşdırılan hal olmasını, onun təqsirinin dərəcəsini nəzərə alıb hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzrədə tutulan həbs inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-13, 31,32,40,48-50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 21 avqust 2022-ci il tarixdən, saat 02:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar