Məhkəmə qərarları › İş №3(010)-3236/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3236/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3236/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Abdullayeva Dürdanə Bakı qızının barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon Polis İdarəsi tərəfindən Abdullayeva Dürdanə Bakı qızının Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 24 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 08 iyul 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş iş materiallarında olan sənədlərdən görünür ki, protokol Abdullayeva Dürdanə Bakı qızının barəsində tərtib olunmuş, lakin iş materiallarında olan şəxsiyyət vəsiqəsinin fin kodu Şəxs məxsusdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi məhkəməyə daxil olmuş iş materiallarında olan protokol Abdullayeva Dürdanə Bakı qızının barəsində tərtib olunmuş, lakin iş materiallarında olan fin kod Şəxs məxsusdur və məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Abdullayeva Dürdanə Bakı qızının barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 24 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim : Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar