Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-324/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu MN seriyalı ******* nömrəli protokolun ləğvi və cərimənin silinməsi ilə bağlı X1 şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğvi və cərimənin silinməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, o, aşağıda göstərilənlərə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarından görünür ki, şikayət inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan verilir. Məhkəməyə isə istər inzibati xəta haqqında protokol, istərsə də müvafiq qərar təqdim edilməyib. Ona görə də protokolun və qərarın mövcud olub-olmadığı (şikayətçinin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarın qəbul edilib-edilmədiyi) sual doğurur. Göstərilənlərlə yanaşı, təqdim olunmuş sənədlərdən X1 Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsinin tələblərinə riayət etdiyi görünmür. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsləyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmadığına, mübahisələndirilən qərar (həmçinin protokol) təqdim edilmədiyinə, həmçinin Azərbaycan Respublikası İXM-nin 130-cu maddəsinin tələblərinə riayət olunduğu təqdim olunmuş sənədlərlə müəyyən edilmədiyinə görə şikayət üzrə icraat mümkün deyil. Ona görə də şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: MN seriyalı ******* nömrəli protokolun ləğvi və cərimənin silinməsi ilə bağlı X1 şikayəti geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-324/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-324/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver