Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3247/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətovun, Borclu Şəxs, X1 iştirakları ilə, xx.xx.1976-cı ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-236/2019 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı X3 xeyrinə 31 oktyabr 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 01 dekabr 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment ödənilməsini qət etmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rəşad Dövlətov göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-236/2019 saylı icra vərəqəsinə əsasən Şəxs iddiaçı X3 xeyrinə 31 oktyabr 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 01 dekabr 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment ödənilməsini qət etmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmış, hazırki vaxtadək heç bir ödəniş etməmişdir. Hal-hazırda borclunun 15160 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Əlavə olaraq qeyd edir ki, icra qurumuna tələbkar və borclu tərəfindən icra üzrə icraata xitam verilməsinə dair heç bir müraciət daxil olmamışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-236/2019 saylı icra vərəqəsinə əsasən ondan iddiaçı X3 xeyrinə 31 oktyabr 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 01 dekabr 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment ödənilməsini qət etmişdir. O, aliment məbləğindən heç bir ödəniş etməmişdir. Belə ki, o, uzun müddət ərzində tələbkarla və uşaqları ilə birlikdə yaşamışdır və bu səbəbdən də hesab etmişdir ki, alimentin ödənilməsi üçün əsas yoxdur. Lakin onun və tələbkarın tərəfindən icra üzrə icraata xitam verilməsinə dair heç bir müraciət olmamışdır. Məhkəmədə izahat vermiş tələbkar X4 bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-236/2019 saylı icra vərəqəsinə əsasən Şəxs onun xeyrinə 31 oktyabr 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat və 01 dekabr 2008-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment ödənilməsini qət etmişdir. Hal-hazırda borclunun 15160 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. O, həqiqətən də borclu ilə uzun müddət bir ünvanda yaşamışdır, lakin bu onunla bağlı olmuşdur ki, məhkəmə qətnaməsi ilə ona bu ünvanda yaşamaq hüququ verilmişdir. Bir neçə ay əvvəl borclu onu və uşaqlarını bıçaq ilə hədələyərək, evdən qovmuşdur. O, heç vaxt icra üzrə icraata xitam verilməsinə dair müraciət etməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsini tələb edir. Borclu aliment pulunu ödəmədiyi üçün o, övladlarının elementar xərclərini ödəyə bilmir İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra şöbəsinin 23 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-236/2019 saylı icra vərələrinə əsasən Şəxs 15160 manat aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini "xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə Şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 23 avqust 2022-ci il saat 16:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3247/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3247/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver