Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3249/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rüfət Maqsudovun, Borclu Şəxs, Tələbkar Qəniyeva (Xəlilova) Sevinc Rəşid qızının iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-208/2021 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmədə izahat vermiş borclu Şəxs bildirmişdir ki, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-208/2021 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun 3150 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Alimentin ödənilməməsi onunla bağlı olmuşdur ki, o, iş üzrə tələbkarla uzun müddət bir yerdə yaşamışlar, lakin ijra üzrə icraata xitam verilməmişdir. Hal-hazırda alimenti ödəməməsi maddi vəziyyətinin qənaətbəxş olmaması ilə bağlıdır. Məhkəmədə izahat vermiş tələbkar Qəniyeva (Xəlilova) Sevinc Rəşid qızı bildirmişdir ki, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-208/2021saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda borclunun 3150 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Borclunun alimenti ödəməkdən yayınması səbəbindən uşağın elementar maddi ehtiyaclarının təmin edilməsindən mərhum olmuşdur. Borclu Şəxs barəsində sərt inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə izahat vermiş Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin icra məmuru Rüfət Maqsudov göstərmişdir ki, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-208/2021 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay üçün sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə görülmüş icra tədbirlərinə baxmayaraq, borclu icra vərəqəsinin icrasından yayınmışdır. Hal-hazırda borclunun 3150 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Qeyd etmək istəyir ki, nə tələbkar, nədəki boclu tərəfindən icra qurumuna icra icrə icraata xitam verilməsinə dair heç bir müraciət edilməmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayon İcra və probasiya şöbəsinin 23 avqust 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəki rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-208/2021 saylı icra vərəqəsinə əsasən Şəxs manat aliment borcu yaranmışdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tərtib edilmiş iş materialları ilə sübuta yetir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında» Avropa konnvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası «məhkəmə baxışının tərkib hissəsi» kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Homsbi Yunanıstana qarşı iə»də (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasın və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Burdov Rusiyaya qarşı» işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanın faydalılıq qüvvəsindən məhrum etmiş olur. Məhkəmə həmin fikirlərini «"xxxx" MMC Rusiya Federasiyasına qarşı» işdə (14 iyun 2005-ci il) də təkrarlamış, cavabdehin dövlətin məhkəmə qətnaməsinin icra olunmamasında vəsait çatışmazlığına istinad etməsini əsaslı hesab etməmişdir. "Roseltrans» ASC Rusiya Federasiyasma qarşı" (21 iyul 2005-ci il) işdə məhkəmə belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir Məhkəmə, Şəxs cəza təyin edərkən məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb. Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsin əvvəli 23 avqust 2022-ci il saat 16:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3249/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3249/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver