Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3251/2022 23.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,H.Aslanov küçəsində qeydiyyatda olan və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi,ev 33L ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixində həyat yoldaşı Ləyaqət Babayevanı döyməsi ilə bağlı daxil olmuş məlumatla bağlı evinə gedilən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik etmiş, həmçinin tibbi müayinə zamnı narkotikdən istifadə etməsi müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis leytenantı Rahib Əsədov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 23 avqust 2022ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətaların törətməsində özünü təqsirli bilərək, etdiyi əməllərdən səmimi peşman olduğunu bildirdi və ilk dəfə inzibati xəta törətdiyini nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin polis nəfərlərinin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10.05 radələrində vətəndaş X7 DİN-nin 102 zəng mərkəzinə məlumat verərək bildirmişdir ki,qızı X1 tərəfindən biçaqla hüsum etməsi barədə daxil olmuş məlumata əsasən ünvan 3 ünvanına əməliyyat qrupu ilə birlikdən yollanmışlar,mənzilə çatan zaman Neymət adlı şəxs onlara qarşı tabesizlik etmiş, və onlara müqavimət göstərmişdir.Bununla bağlı Neymət adlı şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin növbətçi hissəsinə təhvil verilmiş və PB-də həmin şəxsin xx.xx.1986-cı il təvəllüdlü Şəxs olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxin Amblator X2 haqqında xx.xx.2022-ci il tarixli 4403 saylı rəyindən müəyyən olunur ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 şəxsdə Narkotik sərxoşluq vəziyyətinin,narkotik vasitələrin və psixatrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixd,3300 nömrəli aktdan görünür ki,ekspres test üsulu ilə müayinə nəticəsində X4 götürülmüş sidik nümaunəsində THC(+) aşkar edildi. Şəxsarkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Hal-hazırda müayinə zamanı X9 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, X5 şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxsbarəsində daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki,Şəxs xx.xx.2022-ci il tarixdə saat 02.00-da inzibati qaydada tutulmuş və xx.xx.2022-ci il tarix saat 09.00-da azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2022-ci il tarixdə saat 02.00-dan xx.xx.2022-ci il tarix saat 09.00-dək tutulduğu müddət ona təyin olunmuş inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində inzibati həbs tənbeh növü saxlanılsın. İnzibati həbs etmənin əvvəli 23 avqust 2022-ci il tarixdən, saat 18:45-dən hesablansın. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikası DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavəsitə tabe olan İnzibati həbs olunanların saxlama məntəqəsinə təhvil verilsin. Qərarın surəti Şəxs təqdim edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3251/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3251/2022
23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver