Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-326/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, himayəsində 2 azyaşlı uşağı olan, Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi nömrəsi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsində tərtib olunmuş iş materialları 18 fevral 2022-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 tərəfindən tərtib olunmuş 18 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 15-20 noyabr 2021-ci il tarixləri müddətində Yeni Suraxanı qəsəbəsində yaşadığı evin yaxınlığında sonuncu dəfə dəmir qapılar düzətmək üçün 200 manat almaqla, ümumilikdə vətəndaş E.A.İbrahimovdan 487 manat aldadaraq almışdır, qapılar düzəltməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, dekabr ayının əvvəllərində bir nəfərin ona yaxınlaşaraq 2 ədəd qapı lazım olduğunu və 1 ay, 1 ay yarışa hazır olmasını və tələsmədiyini bildirmiş, dekabr 15-də uşaqları xəstələndiyi uçun işi ləngimiş, lakin alınan pulun hamısını hal-hazırda qaytardığınını və borcunun olmadığnı bildirmişdir. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini qeyd edərək barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Şöbəsinin polis sahə inspektoru X6 izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayan vət. X2 qarşı dələduzluq edərək, dəmir darvaza düzəltmək adı ilə 487 manat pulunu mənimsəmiş Rəhman adlı şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün 31-ci PB-nin təhqiqatçısı, polis mayoru Telman Camalovun raportu 08.02.2022-ci il tarixdə icraatına daxil olmuş. Rəhman adlı şəxsin şəxsiyyətini və yerini müəyyən edərək inzibati nəsuliyyətə cəlb edilməsi məqsədilə 10.02.2022-ci il tarixdə ********** saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Araşdırma zamanı, özünü Rəhman kimi təqdim etmiş şəxsin izahat verməsi üçün 31-ci PB-yə dəvət edilməsi məqsədilə istifadəsində olan ***-***-**-** nömrə, telefonla əlaqə saxlanılmışdır. Telefon əlaqəsi zamanı, özünü Rəhman kimi təqdim edən şəxs soyad və ata adını təqdim etməmiş, izahat verməsi üçün 31-ci polis bölməsinə gələcəyinə söz verməsinə baxmayaraq polis bölməsinə gəlməmiş, araşdırma ilə əlaqədar izahat verməkdən yayınmışdır. 18.02.2022-ci il tarixdə 31-ci PB-nin sahə inspektoru, polis mayoru İlham Məmmədovla birlikdə Binəqədi rayonu, “Dərnəgül” adlanan bazarda, dəmir sexində işləyən Zərdab rayonu, Çallı kəndində qeydiyyatda olan, 05.01,1993-cü il təvəllüdlü Şəxs yeri müəyyən olunmuş, həmin dəmir sexinin qarşısında özlərini vətəndaş Şəxs təqdim edərək barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Suraxanı Rayon Məhkəməsinə aparılması üçün 31-ci PB-yə dəvət edilmişdir, lakin, vətəndaş Şəxs polisin qanuni tələbinə tabe olmayaraq şəxsiyyət vəsiqəsini təqdim etməkdən və 31-ci PB-yə gəlməkdən imtina etmiş, qaçmağa cəhd göstərmişdir. Belə olduqda, biz vətəndaş Şəxs qolundan tutaraq qaçmasına imkan verməmiş, avtomobilə mindirərək 31-ci polis bölməsinə gətirərək növbətçi hissəyə təhvil vermiş, barəsində aidiyyəti üzrə tədbir görülməsi məqsədilə Suraxanı Rayon Məhkəməsinə aparılması üçün müvafiq sənədlər toplanmışdır.Həmin şəxs müəyyən edilmiş və xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs tərəfindən ona dəyən maddi ziyan tam olaraq ödənilmişdir və bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin təhqiqatçısı Telman Camalov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 04 yanvar 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı Rayon Prokuroruna və maraqlı tərəflərə göndərilməsi, hadisəni törədən naməlum şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edlmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış 18.02.2022-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapsa da, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232- 1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş 18 fevral 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-326/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-326/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver