Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-3262/2022 26.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi qızı İnzibati xəta haqqında qərardan ərizəçi X4 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərardan məhkəməyə şikayət verib. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçi X6 barəsində Azərbaycan Respublikası İXM-nin 604-cü maddəsinə əsasən EXP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında EPQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Lakin X3 barəsində Azərbaycan Respublikası İXM-nin 604-cü maddəsi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qərarı nə vaxt alması barədə iş materiallarına heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər». Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məsələyə baxaraq belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət geri qaytarılmalı, ərizəçi X5 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən, Q Ə R A R A A L D İ M: X1 barəsində olan inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayəti geri qaytarılsın. X2 inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermək hüququ izah edilsin. Hakim Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-3262/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-3262/2022
26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver