Məhkəmə qərarları › İş №3(010)-3275/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3275/2022

25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3275/2022 25.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, barəsində X9 iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi X3,vəkili X6 iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, Binə qəsəbəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair X9 materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs azyaşlı olduğu üçün sürücülük vəsiqəsi olmadan xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binə qəsəbəsi, “Ülvi” şadlıq evi yaxınlığında hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X1 idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, lakin “Chevrolet Cruze” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. Bu barədə Suraxanı rayon DYPŞ-nin YNH inspektoru polis kapitanı X4 tərəfindən xx.xx.2022-ci il tarixdə İXP seriyalı, ******* nömrəli X9 protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində X9 iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsinin və vəkilin iştirakları ilə izahat verərək bildirmişdir ki, o, azyaşlı olduğu üçün sürücülük vəsiqəsi olmadan xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “X8” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binə qəsəbəsi, “Ülvi” şadlıq evi yaxınlığında hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X5 məxsus “Chevrolet Cruze” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır, lakin “Chevrolet Cruze” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə maddi ziyan dəymişdir. Hadisə zamanı o, sərxoş olmamışdır. Bakı şəhəri Suraxanı rayon prokurorluğuna işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə Bakı şəhəri Suraxanı rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan İXP saylı ******* nömrəli, xx.xx.2022-ci il tarixli X9 protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Binə qəsəbəsi, “Ülvi” şadlıq evi yaxınlığında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Yol nəqliyyat hadisəsinin sxemindən müəyyən olunur ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binə qəsəbəsi, “Ülvi” şadlıq evi hərəkətdə olarkən, yol nişanlarının tələblərinə əməl etməmiş və X1 etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İş materiallarına əsasən Şəxs azyaşlıdır və buna görə də sürücülük vəsiqəsi yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və o, 332.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Ona görə də, o həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs özünü təqsirli bilməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində bu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, özünü təqsirli bilməsini yüngülləşdirən hallar kimi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, onun barəsində bu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, ona tətbiq olunmuş cərimə cəzasının ödənilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.3-cü maddəsinin tələblərinə əsasən onun qanuni nümayəndəsindən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq olunmuş cərimənin ödənilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 150.3-cü maddəsinin tələblərinə əsasən barəsində X9 iş üzrə icraat aparılan Şəxs qanuni nümayəndəsi olan atası X2 tutulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar