Məhkəmə qərarları › İş №3(010)-328/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-328/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-328/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə məhkəməyə gətirilmişdir. MN seriyalı ******* nömrəli, 18 fevral 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda göstərilir ki, 17.02.2022-ci il tarixdə saat 20:00-radələrində Yeni Günəşli qəsəbəsi “V” y/s, ev 5D-nin qarşısında polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşadığını, 17.02.2022-ci il tarixdə ünvan 2 ünvana gəldiyini, həmin binanın liftinin işləmədiyini gördüyünü, həmin binanın komendantı ilə telefonla mübahisə etdiyini, bir müddət sonra o, öz evinə getdikdən sonra polis əməkdaşlarının ona zəng etdiyini və mübahisə etdiyi ünvana çağırdığını, həmin ünvanda özünü saxlaya bilməyərək komendantı polis əməkdaşlarının yanında təhqir etdiyini, polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq o, yenə də təhqirlərə davam etmiş, polis əməkdaşları onu polis amtomobilinə əyləşdirmək istədikdə o, oturmaq istəməmiş, sonda o, həmin avtomobilə əyləşərək polis bölməsinə gətirilmişdir. Sonda o, öz səhvini başa düşdüyünü bildirərək, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis sahə inspektoru X4 izahat verərək göstərdi ki, 17.02.2022-ci il tarixində saat 19:40-də DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, vətəndaş X1 tanımadığı şəxslə aralarında mübahisə olduğunu və təcili polisin yaxınlaşması ilə əlaqədar məlumat daxil olmuşdur. Məlumatın icrası ilə əlaqədar Yeni Günəşli qəsəbəsi, “V” y/s 5D nömrəli binaya polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları yaxınlaşan zaman 2 nəfər şəxsin sözlə mübahisə etdiyini və Emin adlı şəxsin vətəndaş X2 təhqir etdiyini görmüşdür. Polis əməkdaşları Emin adlı şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxs ona qarşı qərəzli mövqe göstərək özünü tədim etməkdən imtina etmişdir, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar həmin şəxsi 33-cü PB-nə gətirmişdirlər. PB-də olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsdur. Sonda o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək özü ilə birlikdə məhkəməyə gətirildiyini bildirərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin rəisi Samir Quliyevin adına Suraxanı RPİnin 33-cü PB-nin YYÇ üzrə inspektor, polis baş leytenantı İsmayıl İsmayıllı tərəfindən yazılmış 17.02.2022-ci il tarixli raportdan görünür ki, 17.02.2022-ci il tarixində saat 19:40dəa DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, vətəndaş X1 tanımadığı şəxslə aralarında mübahisə olduğunu və təcili polisin yaxınlaşması ilə əlaqədar məlumat daxil olmuşdur. Məlumatın icrası ilə əlaqədar Yeni Günəşli qəsəbəsi, “V” y/s 5D nömrəli binaya polis əməkdaşları yaxınlaşmışdır. Polis əməkdaşları yaxınlaşan zaman 2 nəfər şəxsin sözlə mübahisə etdiyini və Emin adlı şəxsin vətəndaş X2 təhqir etdiyini görmüşdür. Polis əməkdaşları Emin adlı şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxs ona qarşı qərəzli mövqe göstərək özünü tədim etməkdən imtina etmişdir, polis əməkdaşlarına qarşı əl-qol hərəkətləri göstərərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar həmin şəxsi 33-cü PB-nə gətirmişdirlər. PB-də olan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Şəxsdur. “İnzibati qaydada tutma haqqında” 17 fevral 2022-ci il tarixli, AZA seriyalı 009012 nömrəli protokoldan görünür ki, Şəxs 17 fevral 2022-ci il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan digər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17.02.2022-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” Y/S bina 5D ünvanında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi xətanı qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı ilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanunauyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar