Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-329/2020 13.03.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X13 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, Şəxs, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, boçanmış, orta təhsilli, heç yerdə işləməyən, iki yetkinlik yaşına çatmayan uşağı olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mədən küçəsi, 48 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra vərəqəsi üzrə yaranmış 18.800 manat məbləğində borcu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra vərəqəsinə əsasən ondan xx xxxx 2012-ci il tarixdən başlayaraq uşaqları – xx xxxx 2010-cu il təvəllüdlü Hüseynin və eyni təvəllüdlü Həsənin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Əvvələr icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etməklə icra sənədini lazımi qaydada icra etsə də, lakin sonradan maddi imkanı aşağı olduğundan icra sənədi üzrə lazımi qaydada ödəniş edə bilməmiş və nəticədə onun aliment borcu yaranmışdır. Hazırda tələbkarla razılığa gəldiklərinə görə sonuncu ödənilməmiş aliment pulundan imtina etmişdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq, onun inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X10 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra sənədi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanılmış, könüllü icra üçün borcluya 05 gün müddətinə vaxt verilmiş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində icranı könüllü olaraq təmin etməmişdir. Buna görə məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclu sonuncu dəfə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatında borcunu tam olaraq ödəmək iqtidarında olmadığını qeyd etmişdir. Hal-hazırda borclunun ödənilməmiş aliment borcu 18.800 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədi üzrə yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X6 məhkəmədə göstərdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra vərəqəsinə əsasən Şəxs azyaşlı uşaqları – xx xxxx 2010-cu il təvəllüdlü Hüseynin və eyni təvəllüdlü Həsənin yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx xxxx 2012-ci il tarixdən başlayaraq hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Borclu əvvəllər icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etsə də, lakin sonradan aliment pulunu vaxtı-vaxtında ödəməməişdir. Buna görə də o, Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək yaranmış aliment borcunun ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda Şəxs ilə razılığa gəldiklərinə görə o, yaranmış aliment borcundan imtina edir. X1 məhkəmədən Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir, icra sənədi xx xxxxxx 2012-ci il tarixdə verilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 xx xxxxxx 2012-ci il tarixli qərarından, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata xx xxxxxx 2012-ci il tarixdə başlanılmış, həmin icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə Şəxs xx xxxxxxx 2012-ci il tarixdə şəxsən təqdim edilmişdir. Beləliklə işdə olan sübutlardan, o cümlədən tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən olunur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli icra sənədi üzrə Şəxs xx xxxx 2012-ci il tarixdən başlayaraq xx xxxx 2010-cu il təvəllüdlü X2 və xx xxxx 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Lakin Şəxs əvvələr icra sənədi üzrə mütəmadi olaraq ödənişlər etməklə icra sənədini lazımi qaydada icra etsə də, sonradan maddi imkanı aşağı olduğundan icra sənədi üzrə lazımi qaydada ödəniş edə bilməmiş və nəticədə onun 18.800 manat aliment borcu yaranmış, buna görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşə məhkəmə iclasında baxıldığı zaman icra sənədi üzrə tələbkar X6 Şəxsla razılığa gəldiklərini, buna görə də yaranmış aliment borcundan imtina etdiyini bildirmiş və sonuncu barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, icra sənədi üzrə tələbkar X6 Şəxsla razılığa gəldiklərinə görə yaranmış aliment borcundan imtina etdiyi və Şəxs barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdiyi halda Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(010)-1377/2012 nömrəli qətnaməsi üzrə icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin Hakimi Elnur Nuriyev
Məhkəmə qərarları › İş №3(010)-329/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-329/2020
13.03.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver