Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-329/2021 11.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin təsisçisi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli 00100-2346/20 nömrəli inzibati xəta haqqında protokoldan habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs MMC Çin Xalq Respublikasında fəaliyyət göstərən “X3 Co.Ltd” şirkətindən LX20200829 nömrəli xx xxxxxx 2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 94310323 nömrəli vaqonla göndərilmiş malları xx xxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********9285 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük proseduranda yerləşdirmək məqsədi ilə bəyan edərkən malın bütün göstəricilərini bəyannamənin müvafiq qrafalarında faktiki göstəricilərə uyğun qeyd etsə də, faktiki olaraq netto çəkisi 38251,20 kq olduğu halda, bəyannamədə 36709,20 kq qeyd etməklə, mallara görə gömrük ödənişləri çəkidən tutulduğuna görə ödənilməli olan 491,59 manat idxal rüsumu 678,39 manat əlavə dəyər vergisindən ibarət olmaqla ödənilməli olan 11689,98 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X2 inzibati xətanın törədilməsi faktını etiraf edərək inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, malın çəkisi ilə bağlı fərq onu göndərən şirkətin təqsiri üzündən baş verib. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Hesab edirəm ki, Şəxs MMC-nin təsisçisi X1 inzibati xəta faktını səmimi etiraf etməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 1.169 (min yüz altmış doqquz) manat 98 (doxsan səkkiz) qəpiyin 70 (yetmiş) faizi miqdarında, yəni 818 (səkkiz yüz on səkkiz) manat 98 (doxsan səkkiz) qəpik miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-329/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-329/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver