Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-3297/2022 27.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakı ilə, Şəxs, xx xxxxxxx 1975-ci ildə Lənkəran rayonu, Nərimabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran rayonunun, Nərimanabad qəsəbəsində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs, xx.xx.2022-ci tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yeləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyən zaman, Zərərçəkmiş şəxs oradan bir müddət aralanmasında istifadə edərək, ona məxsus 335 manat dəyərində “Redmi Note 8” markalı telefonu gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 335 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı Rəşad Quliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin xırda talama olduğuna görə inzibati tədbir görülməsi üçün müvafiq əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yeləşən kafedə tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyən zaman, Zərərçəkmiş şəxs oradan bir müddətlik aralanmasında istifadə edərək ona məxsus 335 manat dəyərində “Redmi Not-8” markalı telefonunu oğurlayıb 130 manata satmışdır. Hazırda zərəçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, xx.xx.2022-ci tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yeləşən kafedə tanışı Şəxs ilə yemək yeyən zaman, ayaqyoluna gedib qayıdanda ona məxsus 335 manat dəyərində “Redmi Note 8” markalı telefonunun Şəxs tərəfindən oğurlandığını aşkar etmiş, bundan sonra DİN-in 102 xidmət mərkəzinə müracət etmişdir. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində Zərərçəkmiş şəxs etdiyi əməli etiraf etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış, həmçinin ona dəymiş ziyan ödənilmişdir. Odur ki, inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək ona məxsus olan “Redmi Note 8” markalı telefonun Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması və gələcəkdə baş verə biləcək anoloji hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi üçün qəbul olunmuş qərarın surəti aidiyyəti əməkdaşa həvalə olunmuşdur. Aparılmış araşdırma zamanı qeyd edilən xırda talamanın Şəxs tərəfindən törədildiyi müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb edilməsi üçün onun barəsində inzibati xəta haqqında iş üzrə icraat açılmışdır. O, inzibati xəta haqqında iş üzrə verdiyi izahatında oğurluq etdiyini etiraf etmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, hesab edir ki, Şəxs toplanmış sübutlarla inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs dəymiş ziyanı ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №3(010)-3297/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-3297/2022
27.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver