Məhkəmə qərarları › İş №3(010)-330/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-330/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-330/2021 15.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X10 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X4 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə irəisi X3 iştirakı ilə, Şəxs, xx xxxx 1983-cü il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 6 nömrəli evin 22 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 6 nömrəli evin 22 nömrəli mənzilində aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı, arvadı X5 qəsdən vuraraq, sonuncuya qarının və sol saidin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 2008-ci ildə X7 ilə ailə həyatı qurmuş və bu evlilikdən üç övldaı dünyaya gəlmişdir. Evli olduqları müddətdə aralarında bir dəfə 2013-cü il tarixdə ciddi mübahisə olmuş, həmin müddət istisna olmaqla hər hansı bir mübahisə və ya münaqişələri olmamışdır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat təxminən 02:00 radələrində Mayanın mobil telefonla başqa şəxslə yazışdığını görüb telefonu onun əlindən almışdır. Telefonunu Mayanın əlindən alan zaman onun qolundan sıxıb itələmiş, bu zəmində bir müddət əlbəyaxa olmuşlar. Bundan sonra o, dərhal çölə çıxmış və telefona baxdıqda Mayanın münasibət qurmaq məqsədilə bir neçə şəxslə danışdığını aşkar etmişdir. Bundan sonra qaynı İbrahimə və xalası oğlu Asəfə zəng edib yaşadığı evə çağırmışdır. Həmin gün Asəf onun yaşadığı evə gəlmiş və o, sonuncuya baş verən hadisəni danışmışdır. Onlar həmin gün səhərə qədər oyaq qalmışlar, qaynanası Sona gəldikdən sonra isə Mayanı anasına təhvil verib sonuncudan evi tərk etməsini tələb etmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxt yanlarında yalnız övladları olmuşdur. Sonda Şəxs barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X7 bildirdi ki, 2008-ci il tarixdə Şəxs ilə ailə həyatı qurmuş, həmin evlilikdən 3 övladı dünyaya gəlmişdir. Evləndikləri müddətdən qısqanclıq zəminində mütəmadi olaraq aralarında mübahisələri olmuşdur. 2020-ci ilin dekabr ayının ortalarında internet sosial şəbəkəsi vasitəsi ilə əvvəllər tanımadığı bir nəfər şəxslə münasibət quraraq onunla bir müddət danışmışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 23:45 radəiərində Elvin, onun həmin şəxslə danışdığını görmüş və bu zəmində aralarında mübahisələri olmuşdur. Elvin mobil telefonunu əlindən alıb bir müddət onun adından həmin şəxslə yazışmışdır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə, saat 00:30 radəiərində Elvin həmin məsələyə görə onun bədəninin müxtəif nahiyyələrindən vuraraq, ona xəsarət yetirmiş, eyni zamanda ünvanına nalayiq ifadələr işlətmişdir. Bir müddət sonra Elvin, xalasıoğlu Asəfi çağıraraq, onu Asəfə təhvil verərək evdən çıxartmışdır. O, oradan Asəflə birlikdə ayrılıb onların yaşadığı evin yaxınlığında yerləşən ünvana getmişdir. M.F,Zeynalova həmçinin bildirdi ki, aralarında olan danışıq zamanı, Elvin ondan boşanmağı, boşanman əvvəl evdən və övladlarından imtina etməsini tələb etmiş, buna görə yaxınlıqda yerləşən notarisa yaxınlaşıb məcburiyyt qarşısında həmin sənədləri imzalamışdır. Mübahisə yaşadıqları evdə baş vermiş, 3-5 dəqiqə müddət davam etmişdir. Həmin vaxt yanlarında yalnız övladları olmuşdur. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını bildirərək, məhkəmədən sonuncunun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə irəisi X6 bildirdi ki, X7 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, sonradan isə ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 00:30 radələrində yaşadığı evdə olduğu zaman, qısqanclıq zəmnində əri Şəxs onu döydüyünü bildirmişdir. M.F.Zeynalovanın izahatı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə göndərilmişdir. Buna görə də o, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1158 saylı rəyindən görünür ki, X4 bədən səthində aşkar edilmiş xəsarətlər – qarının və sol saidin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx xxxxxx 2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, müxtəlif şəraitdə əmələ gələ bilməklə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materialalrında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 xx xxxxxx 2021-ci il tarixli qərarından görünür ki, M.F.Zeynalovanın ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran halar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar